Icma.az
close
up
RU
Vaşinqtonda 20 Yanvar faciəsinin anım tədbiri keçirilib

Vaşinqtonda 20 Yanvar faciəsinin anım tədbiri keçirilib

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Vaşinqtonda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində baş tutmuş tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Anım tədbirində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, 20 Yanvar tək Azərbaycan üçün önəmli tarixi hadisə deyil, eyni zamanda digər xalqlar üçün də müstəqillik, suverenlik mesajı idi. "Biz heç zaman şəhidlərimizi unutmayacağıq. Onların adlarını, ülvi düşüncələrini yaşadacağıq. Eyni zamanda çalışacağıq ki, öz işimizlə Azərbaycanı daha güclü edək və xüsusilə, ABŞ-da bu hadisələri daha çox tanıdaq", - deyə o qeyd edib.

Səfirin sözlərinə görə, bundan əvvəlki illərdə 20 Yanvarın necə faciəvi bir gün olduğu və nələr baş verdiyini barədə sadəcə danışılırdı, bu gün isə artıq tələbələr, icma nümayəndələri həmin günü ABŞ-da, o cümlədən universitetlərdə və mətbuatda təbliğ etməyə dair təkliflərlə çıxış edirlər.

Xəzər İbrahim əlavə edib ki, Azərbaycan xalqının birliyi hər zaman davam edəcək: "Ali Baş Komandanımız bizə şəhidlərimiz və əsgərlərimizlə birlikdə qələbələr gətirib. Əminəm ki, biz bundan sonra da bir olaraq bu zəfərlərin sayını çoxaldacağıq".

Tədbir çərçivəsində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində "Qanlı Yanvar"a həsr olunmuş guşə yaradılıb. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotoşəkillər nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Yanvar 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri