Vaşinqtonda ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Vaşinqton, 1 may, AZƏRTAC
ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb.
AZƏRTAC-ın məlumatına görə, həftələrdir üzərində danışıqlar gedən bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək. Aprelin 30-u ABŞ Xəzinədarlıq Departamentində imzalanan saziş çərçivəsində həm də ABŞ - Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılmasına dair razılığa gəlinib. Sazişi imzalayan Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib ki, fond ölkəyə qlobal sərmayələrin cəlb edilməsinə yol açacaq. ABŞ xəzinədarlıq katibi Skot Bessent isə bildirib ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna naminə sülh prosesinə sadiqdir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 01 May 2025 07:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















