Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Vaşinqtonda erməni amerikan çərçivə anlaşması. TRİPP sənədində nələr var?

Vaşinqtonda erməni amerikan çərçivə anlaşması. TRİPP sənədində nələr var?

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Xəbər verildiyi kimi, yanvarın 14 -də (13- də) Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan ilə ABŞ Dövlət Katibi Marco Rubio arasında Vaşinqtonda görüş keçirilib. Bu görüşdə Ermənistan–ABŞ strateji tərəfdaşlığının dinamikası və 2025-ci ilin 8 avqustunda keçirilmiş Vaşinqton Sülh Sammiti nəticələrinin həyata keçirilməsi müzakirə olunub.Görüş çərçivəsində “Trump Route for International Peace and Prosperity (TRIPP)” layihəsinin icrası ilə bağlı çərçivə sənədi qəbul edilib.
Beləliklə, təxminən 4 aylıq danışıqlardan sonra yanvarın 14- də Vaşinqtonda ABŞ və Ermənistan XİN rəhbərləri səviyyəsində TRIPP çərçivə sənədi (Implementation Framework) imzalanmışdır. Bu sənəd - “Trump Route for International Peace and Prosperity (TRIPP)” layihəsinin praktik icrasına dair əsas prinsipləri və mexanizmləri müəyyən edən sənəddir. İmzalanan sənəd - nə Ermənistana, nə də ABŞ- a hüquqi öhdəliklər verən sənəd deyil, bu - razılaşdırılmış çərçivə sənədidir.
-Sənəd Ermənistan ərazisində multimodal (dəmir yolu, avtomobil yolu və digər) tranzit bağlantılarının yaradılmasının mexanizmini göstərir
-Bu layihənin əsas istiqaməti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməkdir. Eyni zamanda, bu yol Trans-Xəzər Ticarət Marşrutunda mühüm halqa rolunu oynamaqla regional ticarəti və əlaqələri gücləndirə bilər.
Beləcə, TRIPP layihəsi regionda sülh, sabitlik və iqtisadi inteqrasiyanı təşviq etmək məqsədi daşıyır və ölkələrin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə hörmət əsasında həyata keçirilir.
Bəs idarəetmə necə olacaq?
Sənədə əsasən, layihənin reallaşdırılması üçün “TRIPP Development Company” adlı birgə müəssisə yaradılacaq.
ABŞ bu şirkətdə 74 % nəzarət səhminə, Ermənistan isə 26 % paya malik olacaq. Şirkətə ilkin olaraq 49 illik hüquq veriləcək, daha sonra bu müddət əlavə 50 illik dövr üçün uzadıla bilər və əgər vaxt uzadılarsa Ermənistanın payı təxminən 49 %-ə qədər artacaq.
Layihənin əhatəli idarəetməsi üçün, sərhəd prosedurlarında “front office – back office” strukturundan istifadə olunacaq.
Front office – TRIPP şirkəti tərəfindən xidmət göstərən üçüncü tərəf operatorlar (sənədləşmə, icarə, müştəri dəstəyi və s.). Back office – Ermənistan dövlət qurumları (gümrük, sərhəd nəzarəti, təhlükəsizlik, immiqrasiya və s.) funksiyaları həyata keçirəcək.
Göründüyü kimi, Zəngəzur dəhlizinin açılması üçün daha bir addım atıldı. Danışıqlar davam edəcək. Tripp və ya Zəngəzur dəhlizi məhz Azərbaycan dövlətinin istəklərinə uyğun olaraq maneəsiz sadələşdirilmiş gediş - gəlişlə NMR ilə respublikamızın əsas hissəsi arasında bağlantı olmalıdır. Eyni zamanda, məhz Azərbaycanın başçılığı ilə dəhliz vasitəsilə qatar və avtomobil xəttindən başqa, enerji ötürmə xətləri (elektrik, qaz, neft nəqli də daxil ola bilər), digital infrastruktur (fiber optik və s) kimi layihələr də reallaşmalıdır.
Eyni zamanda, yaxın perspektivdə Xəzərin o tayının da enerji resurslarının, o cümlədən digər imkanlarının bu xətt vasitəsilə Qərbə ötürülməsinə şahidlik edə bilərik.
Beləliklə, bir çox maneələrə baxmayaraq Azərbaycan Ermənistan dövlətinin nəhayət ki, Zəngəzur dəhlizi ilə bağlı növbəti addım atmasına nail oldu. 14 yanvar sazişi Ermənistan - ABŞ arasında işçi çərçivə razılaşmasıdır, növbəti mərhələlərdə Azərbaycan - ABŞ- Ermənistan arasında bu kommunikasiya xətti ilə bağlı danışıqlar davam edəcək.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun sədri - Zaur Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Yanvar 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see198

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see192

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see177

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see156

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri