Vaşinqtonda TRIPP in işi ilə bağlı çərçivə sənədi qəbul edildi
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Mirzoyan və Rubio TRIPP-in həyata keçirilməsi ilə bağlı çərçivə sənədini açıqlayıblar
Demokrat.az xəbər verir ki, sənəd Ermənistan Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən birgə yayımlanıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Marko Rubio Vaşinqtonda keçirilən görüş zamanı "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsinə dair çərçivə sənədini açıqlayıblar.
Sənəddə TRIPP-in işə salınması mexanizmi müəyyən edilir və vurğulanır ki, bununla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, Transxəzər ticarət marşrutunun bir hissəsinə çevrilməsi nəzərdə tutulan, Ermənistan ərazisindən keçən multimodal tranzit marşrutunun yaradılması nəzərdə tutulur.
Sənəddə vurğulanır ki, layihə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda, çərçivə sazişi İrəvan və ya Vaşinqton üçün heç bir hüquqi öhdəlik yaratmır.
Layihənin həyata keçirilməsi məqsədilə "TRIPP Development Company" şirkətinin yaradılması nəzərdə tutulur. Şirkətdə ABŞ-ın 74%, Ermənistanın isə 26% paya sahib olması planlaşdırılır.
Şirkətə ilkin olaraq 49 illik müddətə infrastrukturun inkişafı hüquqları veriləcək. Daha sonra tərəfdaşlıq müddəti əlavə 50 il müddətinə uzadıla bilər və bu zaman Ermənistanın payının 49%-ə çatdırılması nəzərdə tutulur.
Şirkət dəmir yolu və avtomobil yolu infrastrukturunun tikintisi və istismarı, həmçinin enerji və rəqəmsal kommunikasiya sektorlarında layihələrin həyata keçirilməsi səlahiyyətlərinə malik olacaq. Potensial layihələrə dəmir yolları, magistral yollar, körpülər, tunellər, elektrik ötürücü xətlər, neft və qaz kəmərləri, eləcə də fiber-optik şəbəkələr daxildir.
Alparslan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Vaşinqtonda erməni amerikan çərçivə anlaşması. TRİPP sənədində nələr var?
14 Yanvar 2026 19:15
Rəsmi Bakıdan TRIPP in icrası üzrə çərçivə sənədi ilə bağlı açıqlama
14 Yanvar 2026 17:49
Ermənistan ABŞ çərçivə razılaşması: Vaşinqtonda Zəngəzur düyünü açılır?
15 Yanvar 2026 10:29
Livan Prezidenti Vaşinqtonda İsraillə imzalanan çərçivə sazişini alqışlayıb
27 İyun 2026 10:46
TRIPP üzrə çərçivə sazişini imzaladılar
04 İyun 2026 12:21
Baxış sayı:155
Bu xəbər 14 Avqust 2026 16:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları