Icma.az
close
up
RU
Vaşinqtonda görüş: Bakı ilə İrəvan sülhə yaxınlaşır?

Vaşinqtonda görüş: Bakı ilə İrəvan sülhə yaxınlaşır?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu görüş, son dövrdə Cənubi Qafqazda, xüsusən Rusiyanın həm Azərbaycan, həm də Ermənistana münasibətdə nümayiş etdirdiyi ekspansionist siyasətin qarşısının alınması üçün atılan addımlardan biri ola bilər”.

Bu barədə Bakıvaxtı.az-a keçmiş baş nazir Pənah Hüseyn Vaşinqtonda baş tutacaq Tramp-Əliyev-Paşinyan görüşünü şərh edərkən bildirib.

O qeyd edib ki, bu prosesə Amerika kimi qlobal güc və təsir imkanları böyük olan dövlət qarantor kimi daxil olub:

“İdealda bu məsələni region dövlətləri, ilk növbədə Azərbaycan, Ermənistan, Türkiyə və digər başqa region dövlətlərinin müzakirə etməsi məqsədəuyğun olardı. Amma məsələnin ilk növbədə Azərbaycan və Ermənistan arasındakı münasibətlərlə həll edilməsi doğru olardı”.

Müsahibimiz yaranmış indiki geosiyasi vəziyyətdə bunun Cənubi Qafqazda konkret Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və Azərbaycanın 2020-ci il 44 günlük müharibədəki, eləcə də 2023-cü il anti-terror əməliyyatındakı qələbələrinin hüquqi təsbiti istiqmətində bir addım olacağı qənaətindədir.

Pənah Hüseyn: Bu görüşün Amerikanın vasitəsilə keçirilməsi Rusiyada qıcıq yaradacaq

 “Əlbəttə, proses davam edir. Əvvəla, görüşün nəticələrini gözləməliyik. Məncə, istənilən halda Azərbaycan indiyə qədər yürütdüyü strateji kursu-Türkiyə və türk dövlətləri ilə birlikdə,  müstəqil geopolitik güc mərkəzi və qütb olma siyasətini davam etdirməlidir. Hesab edirəm ki, bu görüş də məlum istiqamətdə irəliyə doğru addımlara imkan verərək”, - deyə P.Hüseyn qeyd edib.

Bu görüşün Amerikanın vasitəsilə keçirilməsinin Rusiyada qıcıq yaradacağını bildirən P.Hüseyn diqqətə çatdırıb ki, Rusiya mövqeyini açıq-aydın nümayiş etdir:

“Bu həm də Rusiya xarici siyasətinin və rus geopolitikasnın uğurusuzluğundan xəbər verir. Burada əslində İranın da adını çəkmək olar. Onlar zamanında məsələyə obyektiv yanaşsa idilər, bəlkə də regiondan kənar dövlətin prosesə bu şəkildə qarışmasına ehtiyac qalmazdı”.

Sabiq baş nazir onu da əlavə edib ki, Amerikanın Cənubi Qafqaza marağının artması regionun əhəmiyyəti ilə bağlıdır:

“Bu, müasir dünyada Cənubi Qafqazın, ilk növbədə Azərbaycanın yeni təhlükəsizlik  sistemində və geopolitik müstəvidəki əhəmiyyətini göstərir” .

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. Bu barədə məlumat ABŞ prezidentinin həmin gün üçün dərc olunmuş proqramında yer alıb.

Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə birlikdə birgə bəyanatla çıxış edəcəyi gözlənilir. Görüşlərin əsas mövzusu bölgədəki gərginlik və sülh danışıqlarının perspektivləri olacaq.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri