Icma.az
close
up
RU
Vaşinqtonda açılan yeni səhifə: Bakı və İrəvan razılaşır

Vaşinqtonda açılan yeni səhifə: Bakı və İrəvan razılaşır

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Trampın ev sahibliyi etdiyi görüş sadəcə bir diplomatik təşəbbüs deyil, Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün yeni başlanğıc ola bilər.

Diplomatiyada mühüm dönüm nöqtəsi

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri təkcə yüksək səviyyəli təmaslarla yadda qalmayacaq, həm də konkret nəticələr baxımından əlamətdar oldu. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə baş tutan görüşlərdə sülh gündəliyinin əsas konturları formalaşıb. Məlum olub ki, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması başa çatıb - bu, illərlə uzanan münaqişənin hüquqi müstəvidə yekunlaşması deməkdir.

Naxçıvan üçün qapılar açılır

İkinci əhəmiyyətli məqam Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru dəhlizin açılması ilə bağlı razılığın əldə olunmasıdır. Bu məsələ uzun müddət Bakının regional tələb kimi gündəmdə saxladığı və rəsmi Yerevan tərəfindən təxirə salınan bir mövzu idi. ABŞ-nin - xüsusilə Prezident Trampın - bu dəhlizə qarant olmaq təşəbbüsü isə yeni bir geosiyasi çəkidəyişməyə işarə edir. Vaşinqtonun nəqliyyat və enerji bağlantılarında rol alması regionun gələcək strateji konturlarına birbaşa təsir edə bilər.

Minsk qrupu rəsmi tarixə çevrilir

ATƏT-in Minsk qrupu illərlə beynəlxalq vasitəçilik institutlarından biri kimi fəaliyyət göstərsə də, son illərdə real təsir gücünü itirmişdi. Azərbaycan və Ermənistanın ATƏT Baş Katibinə müraciət edərək bu qurumun fəaliyyətinə son verilməsini tələb etməsi, faktiki olaraq bu platformanın ömrünü tamamladığını göstərir. Bu həm də regiondakı problemlərin artıq xarici vasitəçilərsiz, birbaşa dialoqla həll olunması yönündə ciddi siyasi mesajdır.

ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə

Səfər zamanı diqqətçəkən hadisələrdən biri də ABŞ Konqresində qəbul edilmiş, illərlə Azərbaycan üçün siyasi maneəyə çevrilmiş 907-ci düzəlişin icrasının dayandırılması qərarı oldu. Bu düzəliş, 1990-cı illərdən bəri ABŞ-dən Azərbaycana dövlət yardımının qarşısını alan əsas hüquqi baryer idi. Tramp administrasiyası bu düzəlişin tətbiqini dayandırmaqla, Bakıya strateji tərəfdaşlıq siqnalı göndərdi. Lakin düzəlişin tam ləğvi yalnız prezidentin deyil, Konqresin qərarından da asılıdır.

Strateji memoranduma aparan yol

Səfər çərçivəsində imzalanacaq Strateji Tərəfdaşlıq Memorandumu ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə təkan verəcək. Bu sənəd enerji, rəqəmsal texnologiyalar, süni intellekt, ticarət və təhlükəsizlik sahələrini əhatə edir. Bakının artıq Rusiya və Çinlə də oxşar sənədlər imzaladığı nəzərə alınarsa, bu proses Azərbaycanın balanslı xarici siyasət strategiyasının uğurlu davamı sayıla bilər.

Gələcəyə nikbin baxış

Vaşinqton görüşünün ilk nəticələri ümidverici görünür. Sülh sazişi, dəhliz razılaşması və Minsk qrupunun bağlanması barədə qərarlar, regionun sabitlik istiqamətində irəlilədiyini göstərir. Lakin Ermənistan daxilindəki qeyri-sabitlik, xarici təsirlərə açıqlıq və Moskvanın bu proseslərə reaksiyası kimi amillər, gələcək mərhələlərdə müəyyən risklərin qalacağını göstərir.

Bununla belə, Prezident İlham Əliyevin səfəri Azərbaycanın diplomatik mövqelərinin güclənməsi və Vaşinqtonla münasibətlərin yeni mərhələyə keçməsi baxımından əlamətdardır. Trampın regionda vasitəçi yox, tərəfdaş qismində çıxış etməsi isə Cənubi Qafqaz üçün yeni dövrün başlanğıcına işarə edir.

Züriyə Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Avqust 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri