Icma.az
close
up
RU
Vaşinqtonda saatlar Bakını göstərdi Azərbaycandan BÖYÜK HƏMLƏ

Vaşinqtonda saatlar Bakını göstərdi Azərbaycandan BÖYÜK HƏMLƏ

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri təkcə okeanın o tayında və region ölkələrinin yox, bütün dünyanın diqqət mərkəzində olan son ayların ən önəmli hadisələrindən biri kimi ön plandadır. Dövlət başçımızın bu səfəri iki mühüm hissədən ibarətdir:

1. Keçmiş prezident Co Bayden hakimiyyəti dönəmində korlanan ABŞ-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinin əsasını qoymaq;

2. Azərbaycan-Ermənistan sülh gündəliyi məsələsində praktiki irəliləyişi rəsmiləşdirmək.

ABŞ Prezidenti Donald Trampın istər ilk hakimiyyət illəri (2017-2021), istərsə də ikinci dəfə prezident seçilməsindən sonra rəsmi Bakı ilə Vaşinqton arasında diplomatik əlaqələrin müsbət məcrada inkişafı nəzərəçarpacaq dərəcədədir.

İki ölkə liderinin səmimi dostluq münasibətləri bu gün yenidən ölkələrimiz arasındakı hərtərəfli əlaqələrdə önəmli rol oynayır. Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini xatırlatması dövlət başçımızın mövqeyinin nədən və kimdən yana olduğunu dəfələrlə nümayiş etdirib.

Maraqlısı odur ki, İlham Əliyev bunu təkcə Trampın hakimiyyət illərində yox, namizədlik dönəmində, hələ nəticələrin necə yekunlaşacağını heç kəsin bilmədiyi zamanda da qeyd edib. Buna sübut kimi Trampın ikinci dəfə prezident seçilməsindən hələ üç ay öncə (2024-cü il noyabrın 5-də) Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dəki seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən İlham Əliyevin böyük cəsarət nümayiş etdirərək Tramp haqqında müsbət fikirlər söylədiyini, onun namizədliyini dəstəklədiyini xatırlamaq yerinə düşər.

Sadalanan məqamlar iki ölkə arasında Bayden-Blinken administrasiyası tərəfindən yaradılan "çuxurun" doldurulması, Bakı ilə Vaşinqtonun əməkdaşlığı strateji tərəfdaşlığa doğru inkişaf etdirməsi üçün çox vacib məqamlardan biri oldu.

Elə onun nəticəsidir ki, iki ölkə arasında "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı.

Buna bənzər sənədlər daha öncə Rusiya ilə (2022-ci il, 22 fevral) imzalanmışdı. Lakin şimal qonşumuz Bakıya qarşı bir çox məqamlarda açıq şəkildə qərəzli, düşmən mövqeyi sərgilədi və təəssüf olsun ki, bu gün də sözügedən məkrli planı açıq şəkildə görə bilirik.

Azərbaycan Prezidenti əvvəllər də dəfələrlə qeyd edib ki, bizim üçün sülhə kimin vasitəçilik etməsinin, həmin sənədlərin harada imzalanmasının heç bir fərqi yoxdur, bizə lazım olan bunun reallaşmasıdır. Amma əfsuslar olsun ki, son aylar rəsmi Moskvanın Bakıya qarşı açdığı diplomatik savaş bir daha təsdiq etdi ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına icazə verməz. Bu, Moskvada Rusiyanın Qafqazdakı təsirinin birdəfəlik itirilməsi kimi qəbul edilir. Ona görə də Rusiya Azərbaycan-Ermənistan yaxınlaşmasının, sülh müqaviləsinin imzalanmasının qarşısını almağa can atan ilk ölkə obrazındadır.

Bu məqamları nəzərə alaraq sülh üçün indiki rəsmi Vaşinqtonun cəhdlərini ən məqbul variant adlandırmaq olar. Vaşinqtonda Azərbaycanla Ermənistan, Azərbaycanla ABŞ liderlərinin imzaladıqları sənədin faydası rəsmi Bakı üçün olduqca böyükdür. Çünki məhz bu razılaşmalardan sonra ABŞ və Avropa ölkələrindəki anti-Azərbaycan qüvvələrin manevr imkanları bir xeyli daralacaq.

İlham Əliyevlə Donald Tramp arasında "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması Bakının əlini gücləndirəcək.

Vaşinqtonda imzalanan bu sənədlər Avropa qitəsinin təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən ABŞ-nin Azərbaycanı strateji tərəfdaş kimi görməsi, eyni zamanda Qərbdəki anti-Azərbaycan dairələrinin fəaliyyətinə də böyük zərbə vurmuş olacaq.

Təbii ki, hadisələrin birdən-birə bu məcrada davam etməsi və sülhə doğru çox vacib niyyət protokolunun imzalanması Azərbaycan Prezidentinin uzaqgörən, zərgər dəqiqliyi ilə yürütdüyü dəmir diplomatiyanın nəticəsidir. Ümumilikdə, İlham Əliyevin Vaşinqton səfəri, imzalanan birgə sənədlər Azərbaycanofobiya xəstəliyinə tutulmuş Fransa Prezidenti Emmanuel Makronun, keçmiş qondarma qurumu "tanıyan" fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, "Amnesty International", "Human Rights Watch", erməni lobbisinin, ANCA-nın iflası istiqamətində böyük zərbə oldu.

Təhməz Əsədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see229

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see151

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see146

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see141

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see127

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see125

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see124

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see124

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri