Icma.az
close
up
RU
Azərbaycandan Ukraynaya böyük JEST

Azərbaycandan Ukraynaya böyük JEST

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını İlham Əliyevə çatdırıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Azərbaycan Prezidenti beynəlxalq konfranslarda fürsət düşən kimi Volodimir Zelenski ilə ikitərəfli görüş keçirir:

“Xatırlatmaq yerinə düşər ki, Volodimir Zelenski prezident seçildikdən sonra Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycana səfər edib. Bu, Zelenskinin Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyətdən irəli gəlir.

İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulayıb. Dövlət başçısı aprel ayında ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı “biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik” ifadəsini işlədib. 

İlham Əliyevin Rusiya ilə Ukrayna arasında mümkün atəşkəsə maraqlı yanaşması da var. Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını istədiyini deyən İlham Əliyev bununla yanaşı “müvəqqəti atəşkəs dayanıqlı olacaqmı” sualını səsləndirərək cavabını da verib: “Atəşkəs heç zaman müharibəni dayandırmır”. 

İlham Əliyev forumdakı çıxışında sülhməramlıların təmas xəttində yerləşdirilməsinin də Ukraynaya faydası olmayacağına bu sözlərlə işarə edib: “Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyi razılaşmayacaq”.

Azərbaycan Prezidentinin bu açıqlamaları Ukrayna rəsmiləri və ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını söyləyib”.

Politoloq qeyd edib ki, ukraynalı nazir, eyni zamanda İlham Əliyevlə görüşdə Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirib, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb:

“Öz növbəsində İlham Əliyev Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirib. Görüşdə ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Kiyevin Bakıdan daha bir istəyi var. Bu il iyulun 10-11-də Romada Ukraynanın Bərpası Konfransı keçiriləcək. Ukrayna Azərbaycanın da bu tədbirdə iştirakını istəyir. Söhbət Ukraynanın müharibədən sonra yenidən qurulmasından gedəcəyindən, Azərbaycan bu tədbirdə təmsil olunacaq”.

"Cebheinfo.az"
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri