Icma.az
close
up
RU
Vaşinqtonda TARİXİ AN: Əliyev və Paşinyan üz üzə Sülhə bir addım qaldı? ŞƏRH

Vaşinqtonda TARİXİ AN: Əliyev və Paşinyan üz üzə Sülhə bir addım qaldı? ŞƏRH

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Avqustun 8-də ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda görüşəcəklər.

Görüşün gündəliyində əsas məsələ iki ölkə arasında uzun müddətdir gözlənilən sülh sazişinin perspektividir. Tərəflər arasında aparılan son danışıqlar fonunda bu görüş Cənubi Qafqazda davamlı sülhə doğru atılan mühüm addım kimi qiymətləndirilir.

Maraqlıdır, görəsən bu görüşdə sülh müqaviləsinin imzalanması ehtimalı varmı? İllərdir davam edən bu münaqişə nəhayət sona çata bilərmi? Turkustan.az olaraq bu suaalarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Hümbətov

Vaşinqton görüşünə böyük ümidlər var. Düzdür, burada tam sülh müqaviləsinin imzalanacağını demək hələ tezdir, lakin bir çərçivə sənədinin qəbul olunması ehtimalı yüksəkdir. Amerikanın bu istiqamətdə təşəbbüs göstərməsi və Azərbaycanın bu təşəbbüsə müsbət yanaşması ümidləri artırır.

Bundan əvvəl liderlərin Əbu-Dabidə baş tutan təkbətək görüşləri də prosesə yeni dinamika gətirib. Bu baxımdan müəyyən nəticələrin əldə olunacağı gözləniləndir.

Təbii ki, Ermənistanın atmalı olduğu addımlar var. İlk növbədə, konstitusiyasını dəyişməli, ATƏT-in Minsk Qrupunun fəaliyyəti rəsmən dayandırılmalı, eləcə də Avropa İttifaqının keçmiş hərbçiləri bölgədən çıxarılmalıdır. Görünən odur ki, ABŞ-ın Ermənistan üzərində ciddi təsiri və təzyiq imkanları mövcuddur.

Məhz bu səbəbdən, Vaşinqtonda müəyyən bir sənədin imzalanması və ya birgə bəyanatın qəbul edilməsi mümkündür. Əgər belə bir səfər baş tutursa, nəticə gözləməyə dəyər.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri