Icma.az
close
up
RU
Cəlaloğlu: Vaşinqtonda sülhə doğru böyük addım atılacaq

Cəlaloğlu: Vaşinqtonda sülhə doğru böyük addım atılacaq

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına vasitəçilik etmək üçün son illər bir sıra qüvvələr fəallıq göstərib. Çünki vasitəçilik həm tərəflərə təsir etmək, həm beynəlxalq imici gücləndirmək, həm də sülh carçısı olduğunu sübuta yetirmək baxımından üstünlükdür”.

Bunu "Reytinq" qəzetinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda Amerika prezidenti Donald Trampın vasitəçiliyi ilə aparacaqları sülh danışıqlarını şərh edərkən deyib.
S. Cəlaloğlu xatırladıb ki, 44 günlük müharibədən sonra Azərbaycan ilə Ermənistan arasında bəzi qüvvələr vasitəçilik edib: “Əvvəlcə Rusiyada Moskva platforması yaradıldı. Xarici işlər nazirlərinin müavinləri səviyyəsində Bakı və İrəvan arasında əlaqələri qaydaya salmağa cəhd edildi. Moskva açıq elan etdi ki, imzalanan sazişdə Rusiyanın maraqları nəzərə alınmalıdır. Bu da Azərbaycan və Ermənistanın Moskva platformasına marağının azalmasına səbəb oldu. Nəticədə bu platforma vasitəsilə danışıqlar irəliləmədi”.
ADP sədri ikinci platformanın Brüsseldə olduğunu yada salıb:
“Avropa İttifaqı bizim regionda güclənmək üçün aktivləşdi. Amma burada Fransanın ermənipərəst olması işləri korladı. Nəticə olaraq Azərbaycan bu platformaya maraq göstərmədi. Çünki orada proseslər Ermənistan və Fransanın maraqları istiqamətində inkişaf edəcəkdi. Azərbaycanın bu platformaya meyl etməməsi nəticəsində Brüssel danışıqları nəticəsiz qaldı".
S. Cəlaloğlu qeyd edib ki, Azərbaycan güclü mövqeyə malikdir, ABŞ danışıqlarında bu amil nəzərə alınacaq.
"ABŞ əvvəlcə vasitəçi olmadan iki dövlət arasında sülh danışıqlarının aparılması ideyasını müdafiə edib. Hətta ərəb ölkələrinin birində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan bir araya gələrək vasitəçi olmadan müzakirə aparıblar. Bu da Rusiyanın xoşuna gəlməyib",- deyə Cəlaloğlu bildirib.
Müsahibimiz deyib ki, ABŞ prezidenti Donald Tramp sülhpərvər kimi çıxış edir. Tramp Pakistan-Hindistan, ABŞ-Rusiya, Ukrayna-Rusiya, Azərbaycan-Ermənistan münasibətlərinin düzəldilməsində rol oynayacağını bəyan edir, müharibə və nüvə təhlükəsinin önünü kəsəcəyinə inanır, bu istiqamətdə işləyir.
Cəlaloğlu əlavə edib ki, Azərbaycan və Ermənistan bu platformada təhlükə görmür: “Hər iki dövlətin Amerika ilə əlaqələri var və bunu genişləndirməkdə maraqlıdırlar. Odur ki, Vaşinqtonda sülhə doğru böyük addım atılması gözləniləndir. Ümid edirəm ki, biz bunu müşahidə edəcəyik".
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Avqust 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri