Icma.az
close
up
RU
Vaşinqtonda tarixi görüş: Sülh müqaviləsi imzalana bilər? RƏY

Vaşinqtonda tarixi görüş: Sülh müqaviləsi imzalana bilər? RƏY

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əldə etdiyimiz məlumata görə, avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq. Görüşdə sülh müqaviləsinin imzalanması nəzərdə tutulur.
Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər. Bu, Trampın təkcə Cənubi Qafqazla bağlı yanaşması deyil, qlobal sülhyaratma missiyasında diplomatik uğur qazanmaq məqsədlərinin kəsişməsidir. Görüşdə əsas məqsəd sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı yekun razılığa gəlməkdir.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesə aydın mövqe ilə gedir – biz hər zaman bölgədə qalıcı sülhün tərəfdarı olmuşuq.

"Ermənistan isə hələ də sülhü manipulyasiya predmeti kimi saxlayır, gah Qərbə, gah da Rusiyaya “göz vuraraq” prosesin uzanmasında maraqlı davranır. Paşinyan hökuməti daxili elektoratı sakitləşdirmək üçün sülh ritorikasından istifadə etsə də, praktiki addımlarda ya qeyri-səmimidir, ya da gücsüzdür. Sərhəddə bəlli dönəmlər baş verən təxribatlar da bu qeyri-səmimiliyin göstəricisidir. Vaşinqton görüşü Paşinyan üçün son şans ola bilər – əgər bu dəfə də konkret razılaşmalardan yayınarsa, Ermənistan daha ciddi regional təcrid və geosiyasi itkilərlə üzləşə bilər. Azərbaycan isə bu platformanı öz diplomatik üstünlüyünü təsdiqləmək və prinsipial mövqeyini beynəlxalq səviyyədə legitimləşdirmək üçün istifadə edir".

Politoloq əlavə etdi ki, Zəngəzur dəhlizi və nəqliyyat xətləri ilə bağlı məsələlər danışıqların texniki deyil, siyasi qütbündə olacaq. Çünki Ermənistan dəhlizi açmaq əvəzinə hər vəchlə prosesi sabotaj etməyə çalışır.

Sülh bizə yaxındırmı?

“Mövcud geosiyasi konfiqurasiya və Azərbaycanın iradəsi bunu mümkün edir. Amma Ermənistanın tərəddüdləri, Qərbin ziddiyyətli maraqları və Rusiyanın sükutdakı mesajları fonunda bu sülh üçün təhdidlər yaradır hardasa. Əsl sülh sənəddə yox, onun icrasında sınanacaq”, - deyə T.İsmayılov vurğuladı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 05 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri