Icma.az
close
up
RU
Sülh müqaviləsi imzalana bilər ŞƏRH

Sülh müqaviləsi imzalana bilər ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Paşinyanın Konstitusiyaya dəyişiklik ediləcəyi mövqeyi sərgiləməsi də bu anlama gəlir 


Baş nazir etiraf edir ki, qonşularla, Azərbaycanla yaxşı münasibətlər qurmadan təhlükəsizliyi təmin etmək qeyri-mümkündür


"Yeni Konstitusiyanın referendum yolu ilə qəbul edilməsi vacibdir". Bu təkliflə Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib. Paşinyan referendumun hansı tarixdə keçirilə biləcəyi barədə məlumat verməyib. Baş nazir qeyd edib ki, sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır: "Sülh bərqərar olduqdan sonra bu, iqtisadi, siyasi və mədəni əməkdaşlıqda özünü ifadə edən xarici əlaqələrin son məqsədi olmaqda davam edir. Sülh, ilk növbədə, regional amildir, çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla münasibətlərdə, sonra beynəlxalq, daha sonra isə qlobal səviyyədə ifadə olunur. Strateji və uzunmüddətli mənada sülh o zaman mümkündür ki, bu, kənar dəstək olmadan qonşularla əməkdaşlıq mühitində yaşamaq bacarığı ilə ifadə edilməli olan bir bacarıq halına gəlir. Sülh təhlükəsizliyin ən etibarlı təminatıdır. Təhlükəsizliyin təmin edilməsinin ən mühüm komponentləri region ölkələrinin qarşılıqlı asılılığı, ölkənin regional və qlobal təchizat və ticarət zəncirindəki yeridir". Məlumat üçün bildirək ki, Paşinyan hökuməti daha öncə referendumun 2026-27-ci illərdə keçiriləcəyini açıqlamışdı. Ekspertlərə görə, Paşinyanın sülhə həsr etdiyi bölmə onun etirafıdır ki, Ermənistan gah Rusiya, gah Fransa, gah da ABŞ-yə arxalanaraq təhlükəsizliyini təmin edə bilməyəcək. Yəni ermənilər üçün sülhün yeganə təminatı qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlərin yaradılmasıdır. Bunun üçün isə birincisi, Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını ehtiva edən bəndləri çıxarmalıdır. 


Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a deyib ki, Ermənistanda Nikol Paşinyana qarşı müxalifət aktivləşib. Professorun sözlərinə görə, xüsusən də Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdikdən sonra müxalifət bunu Paşinyanın yarıtmaz fəaliyyəti ilə əlaqələndirib: 


"Müəyyən dövrlərdə Paşinyana qarşı geniş etiraz aksiyaları, mitinqlər geniş vüsət alıb. Hətta Paşinyan növbədənkənar seçkilərə getmək məcburiyyətində qaldı. Bununla da, bir növ öz hakimiyyətini reabilitasiya etmiş oldu. Paşinyan bugünədək əsas mübarizəsini elə müxalif düşərgə ilə aparıb. Baş nazirin hakimiyyətdə qalmasında maraqlı olan dairələr ona bu istiqamətdə çox yaxından dəstək veriblər. Paşinyan həm də yeni reallıqları dərk etmək məcburiyyətindədir. Düzdür, baş nazir öz mövqeyində sərt transformasiyalar edir, sülh məsələsi üzərindən imitasiyalarla məşğul olur. Biz deyə bilmərik ki, Paşinyan sülh məsələsində səmimidir. Əksinə, baş nazirin səmimiyyətdən uzaq olduğu aşkar görünür. Paşinyan zaman qazanmağa, bununla da, hakimiyyətini qorumağa çalışır. Amma məsələnin digər tərəfi də var. Paşinyan özünü müxalifətdən də qoruyur. Ona görə etiraf edir ki, qonşularla, Azərbaycanla yaxşı münasibətlər qurmadan təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Paşinyan son çıxışında xüsusi vurğuladı ki, təhlükəsizliyin təmin olunmasının ən etibarlı yolu qonşularla yaxşı münasibətlər qurmaqdan keçir. Baş nazir Azərbaycan və Türkiyəni nəzərdə tutur. Təbii ki, bunun üçün ilkin addım Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Sülh sazişinin imzalanması üçün də Azərbaycanın irəli sürdüyü haqlı şərtlər təmin olunmalıdır. Əks halda sülh müqaviləsi olmayacaq". 


E.Mirbəşioğlu vurğulayıb ki, Paşinyan ara-sıra Konstitusiya dəyişikliyindən danışır: 

"Hansı istiqamətlərdə Konstitusiyada dəyişiklik olacaq? Paşinyan qonşularla normallaşmadan, sülhdən, həm də referendumdan danışırsa, bunu hardasa Bakının irəli sürdüyü şərtin təmin olunması kimi dəyərləndirmək olar. Düzdür, referendumun tarixi ilə bağlı konkret açıqlama yoxdur. Bütün hallarda Ermənistanın mövcud Konstitusiyasına dəyişiklik ediləcəyi mövqeyinin sərgilənməsi o anlama gəlir ki, sülh müqaviləsi imzalana bilər. Ancaq bizdə əminlik yoxdur ki, Ermənistan Konstitusiyasında mütləq Azərbaycanın gözləntisinə uyğun dəyişikliklər olacaq. Reallıq odur ki, Ermənistan Konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad edilir. Orada da Azərbaycan və Türkiyəyə qarşı aşkar ərazi iddiaları mövcuddur. Bu vəziyyətdə təbii ki, Ermənistanla sülh müqaviləsi imzalana bilməz. Sazişin heç bir hüquqi qüvvəsi olmaz. Ermənistan Konstitusiyasında göstərilir ki, başqa bir ölkə ilə imzalanan sənəd daxili qanunvericiliklə ziddiyyət təşkil edə bilməz. Bunun fərqində olan Paşinyan vəziyyətin normallaşdırılması və eyni zamanda hökumətə etiraz kütləsinin formalaşmaması üçün yollar axtarır". 


Politoloq əlavə edib ki, Ermənistan işğalçılıq siyasətindən sonra səmimi sülh mövqeyindən çıxış etmir və təcrid vəziyyətində qalmağı sürdürür: 

"Bu durum ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi mənfi təsir göstərir. Belə olan halda Paşinyana qarşı narazı kütləni səfərbər etmək çətin olmaz. Baş naziri narahat edən məqamlardan biri də budur. Bütövlükdə Azərbaycana qarşı revanş mövqeyində müxalifətlə hakimiyyətin yanaşması paralellik təşkil etməkdədir. Mahiyyət etibarı ilə Ermənistan dövləti dəyişməyib. Yenə də regionda təhlükəsizliyə ciddi təhdid yaradır, Azərbaycana qarşı ərazi iddialarını davam etdirirlər. Bu, Paşinyan və komandasının davranışlarında aydın görünməkdədir. Amma Azərbaycanın yaratdığı yeni geosiyasi konfiqurasiya Paşinyanı məcburi də olsa düşünməyə vadar edir. Baş nazir bilir ki, Bakının tələblərinə uyğun davranmasa, həm ölkəsinin, həm də özünün vəziyyəti acınacaqlı olacaq. Azərbaycanın iradəsi ilə yaranmış vəziyyət Paşinyanın bəyanatlarını diktə etməkdədir".  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 05:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri