Vaşinqtondan gündəmi sarsan xəbər: Ordu hazırdır, hər an hücuma keçə
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vaşinqton zərurət yaranarsa Venesuelaya quru qoşunlarını yerləşdirməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun katibi Den Driskoll CBS News-a müsahibəsində bildirib.
“Prezident və ya müdafiə naziri bunu tələb edərsə, biz hərəkətə keçməyə hazır olacağıq. Artıq ordu hazırdır. Bu hər an baş verə bilər”, – deyə ABŞ rəsmisi bildirib.
Televiziya aparıcısı Marguerite Brennandan ABŞ-ın ölkədə narkotik kartellərinə qarşı əməliyyatı ilə bağlı Ordunun hər hansı əmr alıb-almadığını soruşduqda, Driskoll belə bir məlumatı açıqlamağa hələ səlahiyyətinin olmadığını söylədi.
“Sorulsa, hazır olacağıq”, – deyib.
Driskoll onu da qeyd edib ki, ABŞ ordusu cəngəllikdə döyüşə hazırlığını bərpa etmək üçün artıq əhəmiyyətli səylər göstərib.
Tahir Turan
Globalinfo.az
Baxış sayı:77
Bu xəbər 17 Noyabr 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















