Icma.az
close
up
RU
Vaşinqtondan Kiyevə xəyanət, Avropanın tələbi və “tərəflər sülh istəyir”

Vaşinqtondan Kiyevə xəyanət, Avropanın tələbi və “tərəflər sülh istəyir”

Icma.az, Ayna-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Vaşinqtondan Kiyevə xəyanət, Avropanın tələbi və “tərəflər sülh istəyir”.

Con Bolton: "Rusiyanın hərbi göstəriciləri miskin idi, lakin Tramp Putinin işğal qərarına haqq qazandırır”

Şahin Cəfərli: “Putinin imperialist təxəyyülünün məhsulu olan absurd tələblərin ABŞ tərəfindən qəbul ediləcəyinə mənim böyük şübhəm var”

ABŞ Prezident administrasiyası Avropa İttifaqı (Aİ) müttəfiqlərinə Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyəti barədə əvvəlcədən xəbərdarlıq etməyib. Məlumatlı mənbə “Bloomberg”ə bildirib ki, iki lider arasındakı danışıqların nəticələri Avropa paytaxtlarında çoxları tərəfindən “xəyanət” kimi qəbul edilib və onlar ABŞ-ın Rusiyaya güzəştə gedəcəyindən qorxmağa başlayıblar. Bir avropalı diplomat “Euracrtiv”ə deyib ki, ABŞ-ın siyasət dəyişikliyi Ukraynanın “qabaqcıl təslim olmasıdır”, digərləri isə “xoşagəlməz dərəcədə təəccübləndiklərini” bildiriblər.

Trampın Putinlə zəngi xəbəri çıxandan dərhal sonra Almaniya, Fransa, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya və Aİ-nin xarici işlər nazirləri birgə bəyanat yayaraq vurğuladılar: “Ukrayna və Avropa istənilən danışıqların bir hissəsi olmalıdır”. Amerikalı müttəfiqlərimizlə növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirik. Bizim ümumi məqsədlərimiz Ukraynanı güclü vəziyyətə salmaq olmalıdır”.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas ayrıca bildirib ki, “Avropa istənilən danışıqlarda mərkəzi rol oynamalıdır”.

“Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü qeyd-şərtsizdir. İndi bizim prioritetimiz Ukraynanı gücləndirmək və etibarlı təhlükəsizlik təminatları vermək olmalıdır”, - Kallas qeyd edib.

Eyni zamanda, “Financial Times”ın mənbələrinə görə, Aİ Trampın Avropadan Ukraynanın bərpası üçün pul ödəməyi və sülh sazişinə əməl olunmasına nəzarət etmək üçün sülhməramlılar yerləşdirməyi tələb edəcəyindən qorxmağa başlayıb.

“Amerikalılar müharibə ilə bağlı mühüm geosiyasi məsələlərin həllində Avropanın rolunu görmürlər. Bu, əsl birlik sınağı olacaq. Tramp bizə pul kimi baxır. Düzünü desəm, bu pulun müqabilində danışıqlar masasındakı yerimizin nə olacağı bizə aydın deyil”, - qəzet mənbələrindən biri bildirib. Onun sözlərinə görə, Aİ ABŞ-ın “atəşkəs haqqında razılığa gəldik, qalanı sizin ixtiyarınızdadır” deməsi ilə kifayətlənməyəcək.

Respublikaçının Ağ Evə qayıtmasından sonra Putinlə Tramp arasında ilk rəsmi telefon danışığı fevralın 12-də baş tutub. Amerika Prezidentinin sözlərinə görə, bu, Rusiya Prezidenti ilə “Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt, dolların gücü və digər müxtəlif mövzuları” müzakirə etdiyi “uzun və çox məhsuldar” dialoq olub.

“Biz həmçinin razılaşdıq ki, komandalarımız dərhal Ukraynadakı müharibəni bitirmək üçün danışıqlara başlasın”, - Tramp bildirib.

Daha sonra jurnalistlərlə söhbəti zamanı o qeyd edib ki, Putin Kiyevlə müvəqqəti atəşkəsə qarşı çıxış edib: “O, indi sülh istəyir. O, bunun bitməsini və altı ay sonra döyüşlərin yenidən başlamasını istəmir”.

Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb və əmin edib ki, Ukrayna lideri “eynən Putin kimi, sülh istəyir”.

Trampın Ukrayna münaqişəsi ilə bağlı yanaşması Avropa ilə yanaşı, Amerikanın özündə də tənqid olunur.

Məsələn, Trampın birinci prezidentliyi dövründə müşaviri olmuş Con Bolton deyib ki, "Trampın Ukraynanın potensial itkiləri, güzəştləri barədə hələ Rusiya ilə danışıqlara başlamazdan əvvəl verdiyi açıqlamalar onun əslində Putinə təslim olması anlamına gəlir: “Rusiyaya Ukraynanın suverenliyinə qəsd etməyə, Şimali Koreya kimi düşmənləri ona döyüşməkdə kömək etmək üçün cəlb etməyə icazə verilməsi, sonra isə Ukraynanın ərazilərinin və təhlükəsizlik zəmanətlərinin, ya da NATO üzvlüyünün itirilməsini qəbul edərək ukraynalıların satılması qəbuledilməzdir”.

Siyasətçinin sözlərinə görə, danışıqlar başlamazdan əvvəl bu və digər güzəştləri etməklə Tramp Ukrayna məsələsində faktiki olaraq Rusiya Prezidenti Vladimir Putinə təslim olub.

Amerika liderinin sabiq müşaviri qeyd edib ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Putin arasında danışıqlarda Trampın Rusiyaya üstünlük verəcəyi barədə dəfələrlə xəbərdarlıq edib: "Rusiyanın hərbi göstəriciləri miskin idi, lakin Tramp Putinin işğal qərarına haqq qazandırır. ABŞ lideri birmənalı şəkildə Ukraynanı və Kiyevi dəstəkləyən bütün NATO müttəfiqlərini dəstəkləməlidir. Kremlin Ukraynaya qarşı əsassız təcavüzünün uğur qazanmasına imkan vermək bizim milli maraqlarımıza uyğun deyil. Tramp administrasiyası buna görə utanmalıdır".

Azərbaycanlı siyasi şərhçi Şahin Cəfərli isə o qədər də bədbin deyil.  Onun sözlərinə görə, Putinlə telefon söhbətinin məzmunu barədə Trampın paylaşımından sonra müharibənin elə bu günlərdə dayandırılacağı, eyni zamanda, Ukraynanın taleyinin Ukraynanın iştirakı olmadan müzakirə və həll ediləcəyi haqda təsəvvür və rəylər yaranıb: “Amma belə deyil. Sadəcə olaraq, Tramp narsist mahiyyətinə uyğun olaraq, hər hansı problemin həllində öz rolunu şişirtməyə və sövdələşmələr əldə etmə sahəsindəki məharətini hər kəsə nümayiş etdirməyə ehtiyac duyan adamdır. Təsadüfi deyil ki, telefon danışıqlarından dərhal sonra Ağ Evdən açıqlama verildi ki, Tramp Putini və Rusiyanı rəqib kimi görür. Tramp hərbi əməliyyatların tezliklə dayandırılmasını, atəşkəsə nail olunmasını istəyir və bu mövqeyini Putinə bir daha çatdırıb. Peskovun dediyinə görə, Putin belə cavab verib ki, “konfliktin ilkin səbəblərini aradan qaldırmaq vacibdir”. Yəni telefon danışığında müharibənin dərhal dayandırılmasına dair razılıq əldə olunmayıb”.

“Əvvəl də demişdim: Putin hesab edir ki, danışıqlar təkcə Ukrayna ilə məhdudlaşmamalıdır, ümumən “problemi doğuran ilkin səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır. Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. Moskva bu haqda rəsmi mövqeyini yazılı şəkildə 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etmişdi. Trampın bu gün elan etdiyi nümayəndə heyəti ilə Rusiya nümayəndə heyətinin görüşündə bütün bu məsələlər müzakirə olunacaq”, - deyə Cəfərli qeyd edib.

Analitik Tramp bu cür müzakirəyə niyə razılıq verdiyinin səbəbinə də toxunub: “Xatırlatmaq lazımdır ki, Bayden də Rusiya ilə bu mövzuda müzakirələrdən imtina etməmişdi. 2022-ci ilin yanvarında Cenevrədə iki ölkə nümayəndə heyətlərinin görüşü keçirilmiş və ABŞ tərəfi Rusiyanın ultimativ tələblərini qəbul etmədiyi üçün nəticəsiz bitmişdi. Ondan əvvəl isə CİA direktoru Berns və dövlət katibinin müavini Nuland Rusiyaya səfərlər etmişdilər. Planlaşdırılan Tramp-Putin görüşündən əvvəl nümayəndə heyətləri arasında danışıqların aparılması Trampın o qədər də sevmədiyi diplomatik praktikaya və dövlət ənənələrinə uyğun davrandığını göstərir. Bu tip danışıqlar diplomatlar tərəfindən hazırlanır, müzakirələrin stenoqramı tutulur və dövlət arxivinə verilir. Yəni bağlı qapılar arxasında çox məxfi şəkildə alverlər aparılıb, hansısa paktlar bağlanmır. ABŞ tərəfdən görüşdə dövlət katibi Rubio, milli təhlükəsizlik müşaviri Uoltz, CİA direktoru Retkliff kimi geosiyasəti, beynəlxalq münasibətləri, o cümlədən Ukrayna müharibəsinin səbəblərini bilən insanlar iştirak edəcək. Putinin imperialist təxəyyülünün məhsulu olan absurd tələblərin ABŞ tərəfindən qəbul ediləcəyinə mənim böyük şübhəm var”.

“Təbii ki, mən Ukrayna üçün hər şeyin yaxşı getdiyini iddia etmirəm. Şübhəsiz ki, Ukrayna bəzi ağrılı güzəştlərə getmək məcburiyyətindədir. O, işğal altındakı ərazilərin qeyri-müəyyən müddətə Rusiyanın nəzarətində qalmasına razı olacaq. Bununla bağlı bir təhlükə də var ki, Tramp Rusiyanı atəşkəsə razı salmaq üçün işğaldakı ərazilərin bir hissəsinin, məsələn, Krım və Donbasın Rusiya ərazisi kimi tanınmasını Zelenskidən tələb edə bilər. Bunu bir ehtimal kimi deyirəm, belə tələb olmaya da bilər. Amma Zelenski və ya hər hansı Ukrayna rəhbərinin ölkə Konstitusiyasına zidd olan belə bir məsələyə razılaşması mümkün deyil. Ukrayna indiki mərhələdə NATO üzvlüyündən də imtina etməli olacaq. Amma unutmaq olmaz ki, Bayden administrasiyası da Ukraynanın NATO üzvlüyünə razı deyildi. Ümumiyyətlə, hazırkı vəziyyətin yaranmasına görə məhz Bayden və demokratlar məsuliyyət daşıyır. Əgər 2014-cü ildəki hadisələrdən sonra NATO-ya üzvlüklə bağlı Ukraynaya tezləşdirilmiş qrafik verilsəydi, yaxud Ukrayna ciddi şəkildə silahlandırılsaydı, Rusiyanın 2022-ci ildəki xain hücumu baş verməyəcəkdi. 2014-cü ildə Krımın işğalı və ilhaqı zamanı da Bayden hakimiyyətdə idi - vitse-prezident qismində”, - deyə politoloq qeyd edib.

“Hazırkı mərhələdə Ukrayna, prinsipcə, atəşkəsə razıdır – bir şərtlə ki, ölkə ərazisinin qalan 81%-lik hissəsinə etibarlı təhlükəsizlik zəmanəti verilsin. Bu halda Ukrayna öz müstəqilliyini, milli dövlətçiliyini qorumuş olacaq: yaxın günlərdə 3-cü ildönümü tamamlanacaq müharibədə təməl hədəf məhz bu idi. Bəs Rusiya qarşıya qoyduğu siyasi məqsədlərə nail olmadan müharibəni dayandırmağa razılıq verəcəkmi? Bunu görəcəyik”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://ayna.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səkkizinci siniflər üçün YENİLİK

15 Fevral 2025 06:01see124

Dolaşığa düşən AFFA İK üçün Əsasnamədən dərs ARAŞDIRMA

14 Fevral 2025 15:26see118

Bu kəndin bir küçəsində 6000 nəfər yaşayır: Buranı turistlər üçün maraqlı edən nədir?

14 Fevral 2025 20:15see113

USAID in Trampın impiçmentində rolu ortaya çıxdı

14 Fevral 2025 14:32see113

Tramp ABŞ nin enerji dominantlığı üzrə şura yaradıb

15 Fevral 2025 03:46see112

“Google Chrome”da çoxdan gözlənilən yenilik AVTOMATİK PAROL DƏYİŞMƏK MÜMKÜN OLACAQ

14 Fevral 2025 19:39see112

Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… Ekstrasens

15 Fevral 2025 08:32see110

ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib

15 Fevral 2025 01:00see110

Günün yekunu... Hazırda Bakı

14 Fevral 2025 21:14see110

“Liverpul” və “Çelsi” tituldan əlini üzdü, MS də çətinlik çəkdi

14 Fevral 2025 21:08see110

Tural Abbaslı: Zelenskinin küsməyi yersizdir, o böyük siyasi aktorların əlində piyada rolunu oynayıb

14 Fevral 2025 15:47see110

Trampın Zelenski ilə söhbətinin Putinlə müqayisədə niyə qısa olub?

15 Fevral 2025 11:23see109

“Ədalətin həyatda ən böyük uduşu, Aygünlə evlənməsi olub” Vasif

15 Fevral 2025 09:36see109

6 aya Ukrayna müharibəsi bitə bilər Orban

15 Fevral 2025 01:12see109

“Leypsiq” “Auqsburq”la bacarmadı

15 Fevral 2025 01:28see107

ABŞ tektonik təhlükə səbəbindən Yer üzündən yox ola bilər…

15 Fevral 2025 00:34see107

Kipr haqqında “tərsürat”lar: Aldadılan qaradərililərin xəyal adasından reportaj FOTO

14 Fevral 2025 20:53see107

Dünyanın sonunu bu tarixə proqnozlaşdırıb

14 Fevral 2025 20:40see106

Leyla daşı satışa çıxarır Meteorit olduğu təsdiqləndi

14 Fevral 2025 19:17see106

Trampın “əvvəl kökə, sonra qamçı” siyasəti: ABŞ prezidentinin ziddiyyətli fikirləri nəyə hesablanıb? KONKRET

14 Fevral 2025 18:30see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri