Icma.az
close
up
RU
İlham Əliyevlə Ərdoğanın layihəsi: Türkiyədən Naxçıvana qaz nəqli niyə VACİBDİR...

İlham Əliyevlə Ərdoğanın layihəsi: Türkiyədən Naxçıvana qaz nəqli niyə VACİBDİR...

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İğdır-Naxçıvan kəmərinin açılışında iştirak etmək üçün Türkiyəyə gedəcək. 

Türkiyə tərəfinin rəsmi məlumatına görə, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında Prezident Kompleksində keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılacaq addımların, eləcə də cari regional və qlobal hadisələrin müzakirə olunacağı gözlənilir.

Modern.az-ın məlumatına görə, səfər əsnasında 25 sentyabr 2023-cü ildə təməli Ərdoğan və İlham Əliyev tərəfindən qoyulan İğdır-Naxçıvan Qaz Kəmərinin açılış mərasimi canlı yayımla keçiriləcək.

Qeyd edək ki, qaz kəməri Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirmək məqsədilə inşa edilən strateji əhəmiyyətli layihədir. Layihə Naxçıvanın təbii qaz təchizatında riskləri azaltmaq və enerji təminatını daha etibarlı etmək üçün nəzərdə tutulub.

İğdır-Naxçıvan qaz boru kəməri illik 500 milyon kubmetr qaz nəqli potensialına malikdir və Naxçıvanın təbii qaz tələbatını tam ödəyə biləcək gücə malikdir. Layihə çərçivəsində Dilucu məntəqəsində 20 min kvadratmetr sahəni əhatə edən qazpaylayıcı stansiya tikilib. 

Hazırda Naxçıvanın təbii qaz təchizatı İranla bağlanmış svop müqaviləsi əsasında həyata keçirilir. Bu müqaviləyə əsasən, Azərbaycan İrana qaz verir və eyni həcmdə qaz Naxçıvana ötürülür. Lakin bu tənzimləmə Naxçıvanın qaz təchizatını bir mənbədən asılı vəziyyətdə saxlayır və potensial risklər yaradır.

İğdır-Naxçıvan qaz boru kəmərinin inşası ilə Naxçıvanın qaz təchizatı şaxələndiriləcək və bir mənbədən asılılıq aradan qaldırılacaq. Bu, muxtar respublikanın enerji təhlükəsizliyini gücləndirəcək və təchizatda mümkün fasilələrin qarşısını alacaq.

İran vasitəsilə həyata keçirilən mövcud qaz təchizatı bəzi hallarda siyasi təzyiq vasitəsi kimi istifadə edilə bilər. Türkiyə üzərindən alternativ qaz təchizatının təmin edilməsi ilə İranın bu sahədəki təsiri azalacaq və Naxçıvanın enerji təminatında daha müstəqil mövqe əldə ediləcək.

Layihə Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri və Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) kimi strateji investisiyalardan sonra Türkiyə və Azərbaycanın birlikdə inşa edəcəyi üçüncü təbii qaz kəməri olacaq.

Modern.az Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri