Icma.az
close
up
RU
Vaşinqtonun qərarı Ukraynanın ən müasir silahlarını susdura bilər

Vaşinqtonun qərarı Ukraynanın ən müasir silahlarını susdura bilər

Icma.az bildirir, Reyting.az portalına istinadən.


ABŞ-nın hərbi yardımı olmasa, Ukrayna Silahlı Qüvvələri bir müddət sonra sursatsız qalacaq və ən müasir silahlarından bəzilərini istifadə edə bilməyəcək.
Reyting.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” bir sıra Qərb rəsmilərinə istinadla yazıb.
Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi Celeste Vallander deyib ki, Bayden administrasiyası tərəfindən göndərilən və ya sifariş edilən böyük silah tədarükü ukraynalılara ən azı ilin ortalarına qədər bəs edəcək.
Ukraynalı analitiklər isə iddia edirlər ki, yerli silah tədarükü döyüş meydanında tab gətirmək müddətini qismən uzada bilər.
“Biz altı ay və ya bir il gözləyə bilərik ki, Avropaya döyüş sursatı istehsalına başlamaq üçün vaxt verək”, - Ukrayna ordusunu dronlarla təmin edən “Come Back Alive”nin baş analitiki Nikolay Beleskov deyib.
Nəşrin yazdığına görə, Ukrayna özünün güclü hərbi sənayesini yaradıb və hazırda bu sənaye ildə 30 milyard dollar dəyərində silah istehsal edir ki, bu da əvvəlki illə müqayisədə 6 dəfə çoxdur. 2024-cü ilə qədər ölkə təxminən 1,5 milyon pilotsuz uçan aparat istehsal etmişdi ki, bu da onun cəbhə xəttində əsas müdafiə formasına çevrilmiş və Ukraynaya minimal itkilərlə Rusiyanın hücumlarının qarşısını almağa imkan vermişdi. Bu il Ukrayna rəsmiləri 3000 raket və 30000 uzaq mənzilli dron istehsal etməyi planlaşdırırlar.
Ümumilikdə, Ukrayna hazırda hərbi texnikasının təxminən 55 faizini istehsal edir və ya maliyyələşdirir. Bir Qərb rəsmisinin sözlərinə görə, ABŞ Ukraynanı təqribən 20 faiz, Avropa isə 25 faiz təmin edir.
Rəsmilər və analitiklərin fikrincə, ABŞ-nın bu tədarükləri bitdikdən sonra Ukraynanın uzaq məsafədən zərbələr endirmək və arxa bölgələrini müdafiə etmək qabiliyyəti zəifləyəcək.
2024-cü ildə Avropa İttifaqı, Böyük Britaniya və Norveç birlikdə Ukraynaya təxminən 25 milyard dollar hərbi yardım ayırıb ki, bu da ABŞ-dan çoxdur. Avropa artilleriya mərmilərinin istehsalını artırıb və bu il Avropa İttifaqının yardımını 30 milyard dollara çatdırmaq üçün danışıqlar aparılır.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Fevral 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri