Icma.az
close
up
RU
Статья не опубликована
“Vasitəçilərdən təngə gəlmişik: Bakıdan Qərbə açıq mesaj!” AÇIQLAMA

“Vasitəçilərdən təngə gəlmişik: Bakıdan Qərbə açıq mesaj!” AÇIQLAMA

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan istər 30 illik işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi və birtərəfli yanaşmasından ciddi şəkildə əziyyət çəkib. Bu baxımdan Prezident İlham Əliyevin “vasitəçilərdən təngə gəlmişik” fikri tamamilə əsaslıdır və mövcud reallıqları əks etdirir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti bu vəziyyətin ən bariz nümunəsidir. Uzun illər ərzində bu qrup işğalçı Ermənistanla, ərazi bütövlüyü pozulmuş Azərbaycan arasında heç bir fərq qoymadan, bəzən isə açıq şəkildə işğalçının mövqeyindən çıxış edərək münaqişənin dondurulmasına xidmət edən bir siyasət yürüdüb. Halbuki, bu qurum BMT-dən mandat almışdı və BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinin icrasını təmin etməli idi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forum zamanı Cənubi Qafqaz regionunun imkanlarına toxunub və regional əməkdaşlığın perspektivlərini dəyərləndirib. Dövlət başçısı çıxışı zamanı region ölkələri arasında qarşılıqlı münasibətlərin qurulması üçün hər hansı vasitəçiyə ehtiyac olmadığını vurğulayıb. Prezident bildirib ki, uzun illər ərzində Azərbaycan vasitəçilik institutlarının səmərəsiz fəaliyyəti ilə üzləşib. “Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi – həmin o məşhur Minsk qrupu. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə də kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq,” – deyə Prezident qeyd edib.

Siyasi şərhçi bildirib ki, təəssüf ki, bu illər ərzində nəinki qətnamələrin icrası istiqamətində hər hansı ciddi addım atıldı, hətta Ermənistanın işğalçı siyasəti açıq şəkildə qınanmadı.

“Müharibədən sonra da müxtəlif vasitəçi aktorların birtərəfli və əsasən öz maraqlarına xidmət edən yanaşmalarının şahidi olduq. Belə yanaşmalar, regionda sabitlik və əməkdaşlıq əvəzinə, qarşıdurma və qeyri-müəyyənlik yaradır. Bu səbəbdən Azərbaycan haqlı olaraq vasitəçilərsiz birbaşa təmasların və danışıqların tərəfdarı kimi çıxış edir. Son dövrdə delimitasiya və demarkasiya komissiyalarının birbaşa təmasları, əldə olunan razılaşmalar və onların operativ şəkildə icrası göstərdi ki, vasitəçilərsiz danışıqlar daha səmərəli və effektivdir. Çünki vasitəçinin iştirakı avtomatik olaraq üçüncü tərəfin maraqlarını gündəmə gətirir və bu da prosesin uzanmasına, hətta bəzən iflasa uğramasına səbəb ola bilər. Azərbaycan bu gün regionun istənilən ölkəsi ilə birbaşa dialoq aparmaq imkanına malikdir. Cənubi Qafqazda mövcud olan problemlərin elə region ölkələrinin öz aralarında müzakirə olunaraq həll edilməsi həm daha faydalı, həm də daha dayanıqlı nəticələrə yol açır. Bu yanaşma həm də kənar müdaxilələrin qarşısını alır və region ölkələri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 11 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri