“Vatican News”: COP29da misli görünməmiş iqlim böhranı ilə mübarizə yolları axtarılır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vatikan, 21 noyabr, AZƏRTAC
Müqəddəs Taxt-Tacın “Vatican News” portalı Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) yazıb.
AZƏRTAC xəbər verir ki, “Bakıda COP29-da yüksək dialoq: Yerin ekosistemi getdikcə daha çox risk altındadır” adlı məqalədə Azərbaycan paytaxtının ən mühüm iqlim sammitinə ev sahibliyi etdiyi bildirilir. Diqqətə çatdırılır ki, Birləşmiş Millətlər Təşkilatının 193 ölkəsindən olan nümayəndələr çətin vəzifə - iqlim böhranı ilə mübarizə aparmağın yollarını müzakirə etmək məqsədilə Bakıya toplaşıblar.
Yazıda qeyd olunur ki, COP29 dünyanın zənginləri və kasıbları arasında çox çətin dialoqu həll etməyə çalışır. Sammitdə misli görünməmiş iqlim böhranı ilə mübarizə üçün əsas ilkin şərtin yaradılması yolları axtarılır. Əlli mindən çox nümayəndə yoxsul ölkələrin davamlı inkişafını təmin etmək üçün zəruri olan çox təcili sərmayələri müəyyənləşdirmək üçün müzakirələr aparır.
Vurğulanır ki, onsuz da “dağılmaq” astanasında olan Yer ekosistemi görünməmiş sayda ekoloji qurbanlar və düzəlməz iqtisadi ziyan vurmaq riski daşıyır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 21 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















