Icma.az
close
up
RU
“Vatican News” portalı Azərbaycan dilində xəbərlər yaymağa başlayıb

“Vatican News” portalı Azərbaycan dilində xəbərlər yaymağa başlayıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vatikan, 2 aprel, AZƏRTAC

Müqəddəs Taxt-Tacın “Vatican News” portalı əlaqələri, imanı gücləndirmək və dinlərarası dialoqu təşviq etmək məqsədilə aprelin 2-dən etibarən Azərbaycan dilində xəbərlər yaymağa başlayıb.

AZƏRTAC xəbər verir ki, “Vatican News” Azərbaycan dilini əlavə etməklə çoxdilli xidmətinin əhatə dairəsini genişləndirib. Bu addım Azərbaycana səfər edən ilk Roma Papası olan II İohan Pavelin vəfatının 20-ci ildönümü münasibətilə atılıb. Bununla da, portalın xəbər yaydığı dillərin sayı 56-ya yüksəlib.

Roma Katolik Kilsəsinin Apostol prefekti yepiskop Vladimir Fekete II İohan Pavelin 2002-ci ildə Azərbaycana səfərini xatırladaraq deyib: “2002-ci il mayın 23-də Bakıda söylədiyi moizədə II İohan Pavel vurğulamışdı ki, ölkədəki kiçik katolik icması “maya” olmalı və yol göstərən ruh olmalıdır. Müasir dünyada media həqiqəti yaymaq, dindarların ümid və imanını gücləndirmək üçün getdikcə daha güclü vasitəyə çevrilir”.

Vatikanın Kommunikasiya üzrə Dikasteriyası ilə əməkdaşlığın nəticəsi olan bu təşəbbüsü dəstəkləyən yepiskop Vladimir Fekete bildirib: “Azərbaycandakı əksər yerli katoliklər başqa dillərdə danışmırlar və onlar Ümumdünya Kilsəsi haqqında öyrənmək üçün bəzən etibarlı olmayan mənbələrə müraciət etməli olurlar. Bu səbəbdən biz biliyi təşviq etmək və imanı gücləndirmək üçün “Vatican Radio”–“Vatican News” ilə bu layihəni başlamağa qərar verdik. İndi hər kəs Müqəddəs Atanın sözlərini və Ümumdünya Kilsəsində baş verən hadisələr haqqında xəbərləri öz dilində oxuyacaq. Əminəm ki, bu, başqa dinlərin nümayəndələri və ya imanı olmayanlar üçün də dəyərli məlumat mənbəyi olacaq”.

O, həmçinin vurğulayıb ki, Azərbaycan dilində təkcə Azərbaycanda deyil, dünyada 30 milyondan çox azərbaycanlı danışır.

Vatikanın Kommunikasiya üzrə Dikasteriyasının prefekti Paolo Ruffini qeyd edib ki, hər bir parça saysız-hesabsız toxunmuş saplardan ibarətdir. Bizim kommunikasiya şəbəkəmiz də buna bənzəyir. Bu gündən etibarən yepiskop Vladimir Fekete və Azərbaycanın Apostol Prefekturası ilə əməkdaşlığın sayəsində həmin şəbəkə Azərbaycan dilində də danışacaq.

“Hər bir dil bizim gündən-günə tikdiyimiz kilsənin canlı binasında mühüm rol oynayır. 2016-cı ilin oktyabrında Bakıya səfəri zamanı Papa Fransisk kiçik azərbaycanlı katolik icmasını tərifləyərək, onu Müqəddəs Ruhun enişini Yuxarı Otaqda toplaşaraq gözləyən ilk şagirdlərlə müqayisə etdi. Azərbaycan dilini “Vatican News”un bir çox dillərinə əlavə etmək - kilsədə heç kimin digərindən böyük və ya kiçik olmadığını nümayiş etdirmək üsulumuzdur.

Vatikan Mediasının baş redaktoru Andrea Tornielli deyib ki, "Vatican News”un Azərbaycan dilində mövcudluğu təkcə Papanın mesajını daha çox insana çatdırmaq üçün bir yol deyil, həm də dinlər arasında dialoqun təşviqi istiqamətində mühüm addımdır. Müharibə və zorakılıqla sarsılan dünyada Peterin Xələfinin sözləri bölünmə və nifrətə təslim olmaqdan imtina edən, bunun əvəzinə görüş, qarşılıqlı anlaşma və qardaşlıq yolları qurmağa çalışan hər kəs üçün körpüdür.

Baş redaktorun müavini və Vatikan Radiosunun rəhbəri Massimiliano Meniketti bu yeni əlavənin əhəmiyyətini vacib addım kimi vurğulayıb: “Çünki bu, milyonlarla insanın Papaya, Ümumdünya Kilsəsinə və Müqəddəs Taxt-Tacdan gələn xəbərlərə birbaşa çıxışını təmin edir. Son illərdə biz bütün dünyada əlaqələr qurmaq və yeni informasiya və müjdələmə layihələrini dəstəkləmək üçün yerli kilsələrlə əməkdaşlığımızı gücləndiririk. Məqsədimiz ümumi, desentralizasiya edilmiş şəbəkələr yaratmaq üçün təcrübə və resursları birləşdirməkdir. Bir tərəfdən bu, dinamik və əməkdaşlıq edən kommunikasiya şəbəkəsi yaradacaq, digər tərəfdən isə yerli istedadları yetişdirəcək və müxtəlif icmalar daxilində inkişafa təkan verəcək. Bizim arzumuz bütün dünya üzrə katolik icmalarının bir-biri ilə tam əlaqədə olduğu, onlara real vaxt rejimində təkcə mətnləri, şəkilləri və səs yazılarını deyil, həm də kilsənin canlı təcrübəsini paylaşmağa imkan verən platforma yaratmaqdır”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri