Vatsapda təhlükəsizlik boşluğu 3,5 milyard nömrəni əlçatan etdi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Vatsapda aşkar edilən ciddi təhlükəsizlik boşluğu nəticəsində dünya üzrə 3,5 milyard istifadəçinin telefon nömrəsi əldə edilə bilib.
“Qafqazinfo” xəbər verir ki, boşluq çox sadə üsulla istismar olunaraq yarım saat ərzində milyonlarla nömrənin əldə edilməsinə imkan verib.
Mütəxəssislər bunun “tarixin ən böyük məlumat sızması” ola biləcəyini deyir.
Maraqlıdır ki, bu boşluq ilk dəfə 2017-ci ildə “Meta”ya bildirilsə də, şirkət illərdir lazımi tədbirləri görməyib.
Vatsapda istifadəçinin nömrəsi kontakta əlavə edilən kimi onun platformada olub-olmadığı görünür və profil məlumatları da qismən açıla bilir. Bu proses limitsiz şəkildə təkrarlana bildiyi üçün tədqiqatçılar sistemli skan apararaq, təkcə yarım saatda 30 milyon ABŞ nömrəsinə çıxış əldə ediblər.
Məlumatlar “Meta”ya təqdim olunduqdan sonra tədqiqatçılar tərəfindən silinib. “Meta” isə sistemdə zərərli fəaliyyət izinə rast gəlinmədiyini açıqlayıb.
Hadisədən sonra “Meta” əməliyyat sürəti məhdudiyyətləri tətbiq edərək, kütləvi skanların qarşısını aldığını qeyd edib.
Baxış sayı:68
Bu xəbər 20 Noyabr 2025 06:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















