Icma.az
close
up
RU
“Vaxtilə yerlərdə bilərəkdən formalaşdırılan mənfi halların qarşısı artıq alınıb” Deputat

“Vaxtilə yerlərdə bilərəkdən formalaşdırılan mənfi halların qarşısı artıq alınıb” Deputat

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Prezidenti İlham Əliyev 12 noyabr tarixində Naxçıvana Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara da yeni icra hakimiyyəti başçıları təyin etdi, bəzilərinin yerdəyişməsini həyata keçirdi. Cənab Prezident onları qəbul edərkən çıxışında olduqca korrekt, həmçinin aydın fikirlər səsləndirdi. İfadə edilən fikirlər nəinki bu dəfə qəbul edilən kadrlar, bütün kadrlar üçün imperativ olmalıdır. İşi xalqa xidmətdən keçən məmurlar gördükləri işlə onlara göstərilən etimad arasında düz mütənasib formada hərəkət etməli, seçimin yanlış olmadığını sübut etməlidirlər”.

Bu barədə 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov deyib.

Deputat söyləyib ki, Azərbaycanın hər bir bölgəsinin özünəməxsus zəngin potensialı var. Əsas amal bu potensialın bütünlüklə kəşf olunması, üzə çıxarılmasıdır. Bu işdə yerli sakinlərdən, onların həyat tərzinin gətirdiyi təcrübədən bəhrələnmək lazımdır.

“Yeni təyin olunan kadrlar işsizliyin aşağı salınması istiqamətində fəaliyyət göstərməlidirlər. İş yerlərinin açılması üçün iş adamlarına dəstək verməlidirlər. Bəzi hallarda yerli icra hakimiyyəti başçıları sahibkarları dövlətdən narazı salır, dövlətlə sahibkar arasında uçurum yaradırlar ki, bu, qəti şəkildə olmaz. Azərbaycan Prezidenti atdığı addımlarla kiçik və orta sahibkarlığın inkişafını bütün ölkə boyu təşviq edir. Məhz sahibkarlığın bu növü xalqın həyat şəraitinin yaxşılaşdırılmasına əvəzolunmaz töhfədir. Dövlətimiz insanların ehtiyaclarını ödəmək üçün bütün lazımi addımları atır. İş yerləri yaradılarkən də ölkədəki ümumi əmək haqqı səviyyəsi, yaşayış minimumu, sosial təminat müavinətləri və digər sosial qrupların nisbi həyat səviyyəsi nəzərə alınmalıdır”, - deputat söyləyib.

O əlavə edib ki, ümumi rifaha xidmətdən başqa, dövlət idarəçiliyinin işlək mexanizminə, onun nüvəsinə edilən istənilən müdaxilə fəaliyyətə mənfi təsir edir:

“Bu həm də həmin şəxslərin qanun qarşısında cavabdehliyinin vacib ölçüsünə çevrilir. Azərbaycanda qanunun aliliyi təmin olunur. Məmurlar bütün addımlarında qanunla paralel irəliləməlidirlər. Çıxışda diqqətçəkən məqamlardan biri o idi ki, dövlət başçımız bildirdi ki, hər hansı bir mənfi hal olarsa, bu haqda dərhal məlumat verilsin. Vaxtilə yerlərdə bilərəkdən formalaşdırılan mənfi halların qarşısı artıq alınıb ki, bu da dövlət idarəçiliyində təmizləmə işlərinin nəticəsidir”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri