Icma.az
close
up
RU
Problemin kökündə vaxtilə planlaşdırmanın düzgün aparılmaması dayanır Deputat

Problemin kökündə vaxtilə planlaşdırmanın düzgün aparılmaması dayanır Deputat

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Binalarda qarajların olmaması və vətəndaşların avtomobillərini səkilərdə və yol kənarlarında saxlaması şəhər infrastrukturunda yaranan əsas problemlərdən biridir. Bu vəziyyət xüsusilə böyük şəhərlərdə nəqliyyat axınının düzgün təşkilinə təsir göstərir. Son illərdə avtomobil sayının sürətlə artması mövcud parkinq imkanlarının yetərsizliyini daha da qabarıq şəkildə ortaya çıxarıb.
Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Bakı şəhərində bir vaxtlar aparılan xaotik tikintilər paytaxtın həddindən artıq yüklənməsinə səbəb olub:
"Xüsusilə şəhər mərkəzində ucaldılan çoxmərtəbəli binaların inşası zamanı bir çox vacib məqamlar, o cümlədən sakinlərin avtomobillərini saxlamaq üçün yetərli yerlərin olması nəzərə alınmayıb. Yeni binaların əksəriyyətinin altında bir və ya iki mərtəbəli qarajlar olsa da, bu yerlər bütün sakinlərin avtomobilləri üçün kifayət etmir. Parklanma sahəsindəki cari vəziyyət son illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş parklanma yerləri ilə bağlı yeni tendensiya yaranıb".
Deputat bildirib ki, sakinlər axşam saatlarında avtomobillərini bina yaxınlığında saxlamaq üçün ödəniş etməli olurlar:
"Lakin bu yerlərin də məhdudluğu ciddi çətinliklər yaradır. Nəticədə bəzi sürücülər avtomobillərini səkilərdə saxlayır ki, bu da həm ciddi cərimələrə, həm də ətrafdakı insanların narazılığına səbəb olur. Həll yolları və təkliflər mövzusunda isə problemin kökündə vaxtilə planlaşdırmanın düzgün aparılmaması dayanır. Bu vəziyyətdən çıxış yolu olaraq bir neçə addım təklif olunur: hündürmərtəbəli qarajların tikintisi, şəhər rəhbərliyinin müdaxiləsi və sıxlığın azaldılması üçün kompleks tədbirlər. Gələcəkdə binaların tam məskunlaşması ilə parklanma və kommunal problemlərin daha da kəskinləşəcəyini nəzərə alaraq, indidən əlçatan qiymətlərlə əlverişli saxlanc yerlərinin yaradılması istiqamətində ciddi addımlar atılmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri