Icma.az
close
up
RU
Vazgen Sarkisyan haqqında film?!

Vazgen Sarkisyan haqqında film?!

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Erməni cinayətkarların “qəhrəman”laşdırılması xroniki xəstəliyə çevrilib

Birinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı vəhşiliklər törətmiş şəxslərdən biri də Vazgen Sarkisyan olub. İndi Ermənistanda onun  haqqında film  çəkməyi qərara alıblar. Burada Azərbaycan və Türkiyəyə qarşı əzazil olmuş cinayətkarların qəhrəmanlaşdırılıması yeni deyil. Vazgen Sarkisyan bunlardan birincisi deyil, yəqin ki, sonuncu da olmayacaq. İrqçi düşüncənin hakim olduğu ölkədə bütün bunlar normal sayılır. 
1918–1920-ci illərdə Zəngəzurda görünməmiş cinayətlər törətmiş, İkinci Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etmiş Garegin Njde haqqında filmə “kasıb” Ermənistan 7 milyon dollar pul xərcləməmişdimi?! Bütün etirazlara rəğmən bu faşistə İrəvanın mərkəzi küçələrindən birində heykəl qoyulmadımı?! Bu ölkədə Andranik Ozanyan, Drazdamat Kanayan (Dro),  Garegin Njde, Soqomon Teyliryan, Monte Melkonyan kimi əli minlərlə günahsız insanın qanına batmış canilərin adına küçə, məktəb, mərkəzlər var. Onlar dərs kitablarında “qəhrəman” kimi təbliğ olunurlar. V.Sarkisyanın ideallaşdırılması, onun “xidmətlərinin” geniş təbliğ olunması irqçi erməni ideologiyasının davamı sayılmalıdır. 
Amma  Ermənistanın özündə bu eybəcərliyi görənlər və ona etiraz edənlər də az deyildir. Vazgen Sarkisyanı yax-
şı tanıyan, 1990-cı illərdə Erməni Milli Hərəkatının liderlərindən olan keçmiş dissident Paruyr Hayrikyanın çıxışı Ermənistanı qarışdırıb. 1999-cu ildə parlament basqını zamanı öldürülən və bundan sonra Ermənistanın milli qəhrəmanı adı verilən  Vazgen Sarkisyanın törətdiyi əməllərin nə dərəcədə zərərli olduğunu dilə gətirən Hayrikyan Qarabağ müharibəsi canisini ifşa edib. O, heç kəsin gözləmədiyi şəkildə öz “Facebook” səhifəsində yazıb: “Vazgen Sarkisyan Ermənistan dövlətçiliyində çox mənfi rol oynamış şəxsdir. O, 1988–1990-cı illərdə cinayət şəbəkəsinin rəhbəri olub”. 
Onun yaydığı videoya münasibət bildirənlərin çoxu Hayrikyana dəstək vermiş, bəziləri şahidlik etmişlər ki, Vazgenin bütün addımları cinayətkar şəbəkənin dövləti ələ keçirməsinə hesablanmışdı. Hayrikyanın tale yoldaşlarından olan dissident Şant Harutyunyan V.Sarkisyan haqqında çəkiləcək filmə reaksiya verib: “Hayrikyanı təqdir edirəm. Ermənistanı bu günə salanlardan biri Vazgen olub”. 
Xaricdə yaşayan bloger, həm də partiya sədri Vardan Qukasyan isə “Vazgenə dil uzatdığına” görə Hayrikyanı söyərək hədələmiş və təhqir etmişdir. Cinayətkar birisinin havadarları Hayrikyanı öldürəcəklərini söyləyirlər. 
İndi bu ölkədə ən böyük maraq doğuran məsələ filmdə nələrin qabardılacağıdır. Qarabağda azərbaycanlılara yaşatdıqları zülmdənmi? Xocalıda, Meşəlidə və başqa yerlərdə terrorçu Monte Melkonyanla birlikdə Vazgen Sarkisyanın soyqırımı cinayətləri yenə “qəhrəmanlıq səhifələri” kimi təqdim olunacaq?..
Bəs, filmin “qəhrəmanı” kimdir? Vazgen Sarkisyan  Vedi rayonunda doğulub. Gənc yaşlarından qatı millətçi, anti-Azərbaycan, anti-türk təbliğatçı, “Qarun” (Bahar) ədəbi jurnalının redaktoru kimi tanınan V.Sarkisyan 1990-cı ildə Ermənistan Ali Sovetinə deputat seçilib. O, “Dağlıq Qarabağ” hadisələri başlanan gündən erməni hərəkatının ən fəal üzvlərindən biri, ilk silahlı dəstələri yaradanlardan olub. Həmin silahlı qruplar Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın öz yurdlarından qovulub çıxarılmasında fəal iştirak ediblər. Ermənistanın ilk prezidenti Levon Ter- Petrosyanın da ifadə etdiyi kimi, hələ SSRİ zamanında ermənilərin ən “böyük uğuru” bu ölkədən azərbaycanlıların qovulub çıxarılması olub. Bu işə V.Sarkisyan birbaşa rəhbərlik edib.
Yəqin ki, filmdə Vazgen Sarkisyanın 1991-ci ildə Ermənistanın ilk müdafiə naziri təyin edilməsindən, terrorçu qrup-
ları erməni ordusuna çevirməsindən danışıılacaq. Onun nazir kimi fəaliyyəti isə Ermənistanda deyil, “Dağlıq Qarabağda” etnik təmizləmə fəaliyyətindən bəhs ediləcək. Bu zaman Azərbaycanın Ağcakənd bölgəsində törətdiyi cinayətlər yada salınacaq, bu bölgəni terror yuvasına çevirməsini əks etdirən videolentlər ortaya qoyulacaq. Onun cinayətkar şəriki, 
ASALA-nın üzvü Monte Melkonyanın da adı çəkiləcək. Ağdərə, Şuşa, Xocalı, Laçın və Xocavənddə keçirilən hərbi əməliyyatlara rəhbərlik edərkən hansı qəddarlıqlara imza atdığı da “qəhrəmanlıq səhifəsi” kimi anılacaq.
1992-ci ilin sonlarında V.Sarkisyan Ermənistan prezidentinin müdafiə məsələləri üzrə müşaviri vəzifəsində çalışarkən, 1993-cü ildə  dövlət naziri kimi Ermənistanda müdafiə, təhlükəsizlik və daxili işlər orqanlarına başçılıq edərkən bütün cinayətlərin başında duran şəxs olub. O illərdə V.Sarkisyan “Dağlıq Qarabağa” qanunsuz silah daşınmasında, xarici ölkələrdə yaşayan erməni və qeyri-erməni muzdluların Qarabağa gətirilməsində xüsusi fəallıq göstərib. Onu tanıyanlar danışırlar ki, cəllad xislətli Sarkisyan uzun-uzadı müzakirə və mübahisələri xoşlamır, istənilən vaxt, istənilən məkanda məsələni qısa və konkret şəkildə özünün tabel silahı ilə həll etməyə daha çox üstünlük verirdi. Adam öldürmək onun üçün su içimi kimi bir şey olub. O, Ermənistanda “qorxu imperatorluğu” yaratmışdı. 
1995-ci ildə ikinci dəfə Ermənistanın müdafiə naziri təyin edilən, həm “Dağlıq Qarabağ”da, həm də Ermənistanda silahlı qüvvələri öz nəzarəti altına alan V.Sarkisyan erməni siyasi liderləri üçün təhlükəli personaya çevrilmişdi. Sonralar Levon Ter-Petrosyan etiraf edəcək ki, onun hakimiyyətdən uzaqlaşdırılmasını V.Sarkisyan istəmişdi. Qarabağdakı cinayətkar dostlarını – Robert  Koçaryan və Serj Sarkisyanı Ermənistana dartıb gətirən o idi. 
1997–1998-ci illərdə Vazgen Sarkisyan – Robert Koçaryan – Serj Sarkisyan üçlüyünü birləşdirən bir dəyər vardı: var-dövlət toplamaq, işğaldakı əraziləri talamaq. R.Koçaryanın Ermənistan prezidenti seçilməsini də V.Sarkisyan istəmişdi. 1999-cu ildə V.Sarkisyan baş nazir, Karen Dəmirçiyan isə parlamentin sədri idi. Amma uzun müddət belə davam edə bilməzdi. Bir quldur o biri qulduru aradan götürmək üçün fürsət gözləyirdi. İndi heç kəsdə şübhə yoxdur ki, 1999-cu il 27 oktyabr terroru nəticəsində rəqibləri – Vazgen Sarkisyan və Karen Demirçyanın öldürülməsində R.Koçaryanın əli olub. 
Xüsusu maraq doğuran cəhətlərdən biri ondan ibarətdir ki, filmdə 27 oktyabr terroru nəticəsində jurnalist Nairi Hunanyan tərəfindən öldürülən bu şəxslərdən, 1999-cu il parlament “qətliamı” ilə bağlı cinayət işinin indiyədək açılmamasının səbəblərindən bəhs ediləcəkmi? Çətin... Çünki bu cinayətin açılması Ermənistanda heç bir siyasi qrupa sərf etmir. Əslində, həmin qrupların hamısı bölgəmizdə törədilən bütün cinayətlər şəbəkəsinin tərkib his-
səsi olublar. Ermənistan adlanan dövlətin özü bu gün də cinayətkar şəbəkənin əsiri olaraq qalmaqdadır. 

Qafar ÇAXMAQLI, 
XQ-nin Türkiyə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri