Icma.az
close
up
RU
Erməniəsilli şahid: Vaxtilə Yerevandan Azərbaycan torpaqlarına silahları Ermənistan ordusunun baş komandanı Vazgen Sarkisyan göndərib

Erməniəsilli şahid: Vaxtilə Yerevandan Azərbaycan torpaqlarına silahları Ermənistan ordusunun baş komandanı Vazgen Sarkisyan göndərib

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədlər, o cümlədən hadisə yerinə baxış protokolları, onlara əlavə olunan fotomateriallar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməniəsilli şəxslərin ifadələri, ekspert rəyləri açıqlanıb.

APA-nın xəbərinə görə, dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, Xocalıda, Şuşada və Xankəndidə kütləvi iğtişaş faktları ilə bağlı SSRİ Baş prokurorunun böyük köməkçisi, II dərəcəli dövlət ədliyyə müşaviri A.İ.Nikolayev tərəfindən 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-in Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, ibtidai istintaqın aparılması SSRİ Prokurorluğunun istintaq qrupuna həvalə olunub.

Prosesdə iş üzrə şahid qismində dindirilmiş Artur Abramyan ifadəsi elan olunub. Murad Metrosyanın sürücüsü olmuş A.Abramyan bildirib ki, M.Petrosyan Xankəndi şəhər sovetində deputat otağında Robert Köçəryan görüşüb. R.Köçəryan Xankəndi şəhər sovetinin sədri Maksim Babayanın bir nömrəli adamı olub. DQMV-nin Partiya Komitəsinin sədri Henrik Poqosyan isə bütün erməni milli hərəkatına rəhbərlik edib.

Şahidin sözlərinə görə, Robert Koçəryan, Maksim Babayan və Henrik Poqosyan adları qeyd olunmuş erməni silahlı birləşmələrinə rəhbərlik edən bütün şəxsləri çağıraraq bildiriblər ki, tezliklə DQMV Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-yə birləşdirməli, bütün qüvvələri səfərbər edərək azərbaycanlıları həmin ərazilərdən çıxarmalıdırlar. Üyni zamanda, həmin şəxsləri bu məqsədlə azərbaycanlılara qarşı döyüşməyə çağırıblar. 1991-ci il yanvarın ortalarında o, M.Petrosyanla Xankəndi şəhər sovetinin binasının yaxınlığında olarkən Akop adlı erməniəsilli şəxs onlara yaxınlaşıb, iki gün əvvəl Xankəndi şəhər polis idarəsinin rəisi Yuriy Kavalyova avtomat silahla sui-qəsd etdiklərini, lakin sonuncunun ölmədiyini məruzə edib. O, söhbət zamanı həmin sui-qəsdin Murad Petrosyanın göstərişi ilə Akop, Armen və Samvel tərəfindən həyata keçirildiyini, M.Petrosyanın hər üç şəxsi silahla təchiz etdiyini anlayıb. Yerevan şəhərindən Azərbaycan torpaqlarına silahlar Ermənistanın milli ordusunun baş komandanı Vazgen Sarkisyan tərəfindən göndərilib. Silahlar helikopterlər vasitəsilə Ermənistandan Əsgəran şəhərindən başqa digər böyük şəhərlərə göndərilib, hər rayon üzrə erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslər tərəfindən qəbul edilib, bundan sonra erməni silahlı birləşmələrinin üzvlərinə paylanıb. Erməni silahlı birləşməsinin Aşot və Qaqo adlı üzvləri 1989-cu ilin oktyabr ayının əvvəllərində Şuşa-Xankəndi avtomobil yolundan keçən avtobusu partlatmaq məqsədilə “Zərinbağ” adlanan yerin yaxınlığında yola partlayıcı qurğu quraşdırıb, avtobus gecikdiyinə görə partlayış nəticəsində həmin vaxt yoldan keçən “KAMAZ” markalı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri