“” və “”ın sahibinin 6 milyard dollar sərvəti var
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Forbes” jurnalının açıqladığı 2026-cı il milyarderlərinin reytinqinə görə, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan Mixail Lomtadzenin sərvəti 6 milyard dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, Lomtadzenin sərvəti son bir ildə 100 milyon dollar artıb.
Qeyd edək ki, Mixail Lomtadze “Forbes”in reytinqində Gürcüstanın ən varlı şəxsi kimi göstərilib.
Bildirilib ki, Lomtadzedən sonra Gürcüstanın ən varlı şəxsi hazırda hakimiyyətdə olan “Gürcü Arzusu” partiyasının qurucusu, Gürcüstanın keçmiş baş nazir Bidzina İvanişvilidir. Bidzina İvanişvili 2,7 milyard dollarla reytinqdə ikinci yerdədir və “Forbes”ə görə İvanişvilinin sərvəti son bir ildə dəyişməyib.
Bu rəqəmlərə görə, Lomtadze dünyanın ən varlı adamları arasında 680-ci, İvanişvili isə 1543-cü yerdədir.
Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 51 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.
Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin bu saytların bağlı olduğu “DIGITAL CLASSIFIEDS” MMC (VÖEN – 1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:”ın sahibinin sərvəti açıqlandı
02 Yanvar 2026 21:05
Onların 41 milyard dollar sərvəti var
23 Aprel 2026 13:01
“Böyükfırat”ın sahibinin oğlu öldü
28 İyun 2025 19:03
“Real”ın 6 ayda gəliri yarım milyard avro olub
25 Mart 2025 10:20
Trampın 7 milyard dollar sərvəti və xeyli krediti var
16 Sentyabr 2026 11:12
Baxış sayı:150
Bu xəbər 13 Mart 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















