Icma.az
close
up
RU
Vəd yox, real nəticə var, Ağdam müasir şəhərə çevrilir

Vəd yox, real nəticə var, Ağdam müasir şəhərə çevrilir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

Ağdama yeni həyat qayıdır

Qarabağın bərpası birbaşa Prezidentin nəzarətindədir, "Böyük Qayıdış" sürətlənir

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük infrastruktur layihələrinin nəticəsində hazırda Qarabağ dirçəliş və yeni inkişaf mərhələsinə qədəm qoyub. Erməni vandalizminin məhv etdiyi şəhərlər indi Azərbaycan dövlətinin iradəsi ilə yenidən qurulur. Bunu konkret olaraq Ağdam şəhərinin timsalında da əyani görmək mümkündür. Şanlı Zəfərimizdən sonra İlham Əliyevin diplomatik qətiyyəti sayəsində bir güllə atılmadan düşməndən alınan Ağdamı əcnəbi jurnalistlər "Qafqazın Xirosiması" adlandırmışdılar. Mənfur ermənilərin daşı daş üstündə qoymadığı və görənləri dəhşətə gətirən Ağdam indi gündən-günə dirçəlir. Rayonun bərpası ilə bağlı kompleks tədbirlər görülür, “Böyük qayıdış” çərçivəsində möhtəşəm hazırlıq işləri aparılır.

Müstəqillik Günündə rayonun bərpasının başlanğıcını qoyan İlham Əliyev ən müasir Ağdamın qurulacağının və buranın tezliklə modern şəhərə çevriləcəyinin müjdəsini vermişdi. Dekabrın 24-də isə İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri göstərdi ki, tezliklə bura "smart şəhər" statusuna sahiblənəcək.

Prezident İlham Əliyev də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında çıxışı zamanı vurğuladı ki, uzun illər köçkün həyatını yaşamış insanlar üçün bu gün Ağdam şəhərində və işğaldan azad edilmiş bütün başqa ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq “Böyük Qayıdış” Proqramının əyani təzahürlərini hər kəs görə bilir.

Ağdama qaz xəttinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi və digər əhəmiyyətli işlər də tezliklə reallaşdırılacaq. Mühüm məsələlərdən biri də Ağdamın yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulmasıdır. Bu baxımdan Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi əhəmiyyətli imkanlar yaradacaq. Prezidentin göstərişi ilə icrası davam edən Ağdam-Füzuli avtomobil yolu həm Füzuli və Ağdam şəhərlərini, həm də Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək. Bununla Ağdama başqa ölkələrdən gəlmək də asanlaşacaq.

İşğaldan azad olunan bütün ərazilərimizdə tarixi, mədəni, dini irsimizin bərpası yönündə Heydər Əliyev Fondu misilsiz işlər görür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında fond Ağdamda da bu istiqamətdə mühüm layihələr həyata keçirir.

Prezidentin və Heydər Əliyev Fondunun həyata keçirdiyi işlərlə Ağdamın işğaldan əvvəlki şöhrətinin, ruhunun özünə qaytarılacağına heç bir şübhə yoxdur. Sadalanan işlər onu göstərir ki, Azərbaycan dövləti tarixi Zəfərdən dərhal sonra daha bir tarixi uğuru reallaşdırır və bütün maliyyə, texniki imkanlarını, kadr potensialını səfərbər edərək, işğaldan azad etdiyi torpaqlarını sürətlə dirçəldir, o ərazilərdə əbədi həyatın var olması üçün mühüm işlər görür.

Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, müharibədən sonra Ağdam şəhərinin dəyişdirilmiş fiziki, mədəni, tarixi, sosial və mənəvi mənzərəsi, onun boz və xarabalığa çevrilmiş siması Ermənistanın və ona havadarlıq edən qüvvələrin əsl niyyətini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Bu gün artıq tamamilə fərqli bir reallığın formalaşdığını vurğulayan deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və sürətlə bərpa edilir. Ağdamın simvolları olan Çay evi və Çörək muzeyi yenidən dirçəldilir:

“Ağdam Cümə məscidindən, Qiyaslı məscidindən xalqımızın nəfəsi, azan səsi yenidən yüksəlir. Bütün bu amillər və hadisələrin mövcud inkişaf ssenarisi nəzərə alındıqda, dekabrın 24-də Ağdamda ikinci yaşayış kompleksinin açılışı zamanı dövlətimizin başçısının səsləndirdiyi fikirlər xüsusi və əhatəli təhlil tələb edir. Prezident İlham Əliyev illərdir səsləndirdiyi haqlı mövqeləri, Azərbaycana qarşı aparılan qərəzli siyasəti, digər münaqişələrdən fərqli olaraq Qarabağa nümayiş etdirilən ikili standartları bu dəfə daha qətiyyətli və açıq şəkildə tənqid etdi. Azərbaycan xalqının və dövlətinin sarsılmaz iradəsini bir daha ortaya qoyaraq bəyan etdi ki, bu gün nə dostumuzu, nə də düşmənimizi tanımamağımız mümkündür. Prezident İlham Əliyev təkcə Ermənistanın deyil, ona havadarlıq edən qüvvələrin də əsl simasını açdı. Tarixə dönüb baxmaqla və tarixi yenidən dəyərləndirməklə həm Azərbaycan xalqını ideoloji baxımdan daha möhkəm olmağa çağırdı, həm də Ermənistanın və onun himayədarlarının gerçək niyyətlərini açıq şəkildə ortaya qoydu. Otuz illik işğal dövründə Azərbaycan təkcə Ermənistanla mübarizə aparmadı. Biz masa arxasında Ermənistanı və ATƏT-in Minsk qrupunu ayrı-ayrılıqda deyil, birgə şəkildə və Azərbaycana qarşı gördük. Azərbaycan torpaqlarının talan edilməsi və məhv olunması Ermənistanın sistemli və mütəşəkkil fəaliyyətinin ayrılmaz hissəsi idi. Məqsəd aydın idi, Azərbaycan xalqının tarixi-mədəni irsinin tamamilə silinməsi, torpaqlarımızın yeraltı və yerüstü sərvətlərinin talan edilməsi və eyni zamanda, bu ərazilərin yaşanmaz hala gətirilməsi. Ermənistan çox yaxşı bilirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və bir gün azərbaycanlılar öz doğma yurd-yuvalarına mütləq qayıdacaqlar. Əgər bunun əksi olsaydı, Ermənistan Qarabağda daş üstə daş qoyardı. Lakin əksinə, mövcud olan bütün tikililəri sökdü, taladı və məhv etdi. Azərbaycan xalqının hissiyyatı kobud şəkildə təhqir olundu. Məscidlərimizə, qəbiristanlıqlarımıza, dini və mədəni abidələrimizə qarşı vandallıq aktları törədildi, onlar sistemli şəkildə dağıdıldı. Qurulu evlərimiz söküldü, daşları bir-bir Ermənistan ərazisinə və üçüncü ölkələrə daşındı. Bu, son dərəcə qeyri-insani davranış idi və insan sivilizasiyasının prinsiplərinə tamamilə zidd idi. Bütün bunlar Ermənistanın və ona havadarlıq edən qüvvələrin əsl simasını açıq şəkildə ortaya qoydu. Meşələrimiz, qızıl və digər mineral yataqlarımız talan edildi, Azərbaycanın maddi və təbii sərvətləri Qarabağdan hissə-hissə çıxarıldı. Böyük dövlətlər və onların iri biznes şəbəkələri bu prosesdə Ermənistana dəstək verdilər. Bununla yanaşı, ermənilər bölgədən çıxarkən torpaqlarımıza minalar basdırdılar və nəticədə onlarla Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirdi”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sözü ilə əməli tam vəhdət təşkil edir, Ağdama həyat yenidən qayıdır:

“Dövlətimizin başçısı Prezident kimi fəaliyyətə başladığı ilk gündən, birinci andiçmə mərasimində verdiyi vədlərə bu gün də sadiq qalaraq Azərbaycan xalqı üçün yeni uğur hekayələri yazmaqda davam edir. Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinə şəxsən rəhbərlik edən və ciddi nəzarət göstərən dövlətimizin başçısı bölgənin müasir standartlara uyğun inkişafı üçün bütün imkanlardan istifadə edir. İnsanlarımızın öz yurd-yuvalarına rahat şəkildə qayıtması və orada layiqli həyat şəraiti ilə təmin olunması əsas prioritetlərdəndir. Dövlətimizin atdığı addımlar əhalinin dayanıqlı məskunlaşmasına, Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Dekabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see240

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see214

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see214

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see212

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see211

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see204

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see191

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see185

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see184

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see182

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see182

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see182

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see178

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see177

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see177

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see173

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see167

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri