Icma.az
close
up
RU
Ağdam müasir urbanistikanın nümunəsinə çevrilir

Ağdam müasir urbanistikanın nümunəsinə çevrilir

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Qarabağın şah damarı sayılan Ağdam şəhəri tarixdə həm qədim mədəniyyət ocağı, həm də xalqımızın dirçəliş və mübarizə rəmzi kimi özünəməxsus yer tutur. XVIII əsrin birinci yarısında Pənahəli xan Ağdam şəhərində özünə ağ daşdan imarət tikdirməyi əmr etmişdir. Həmin dövrdən etibarən “Ağdam” - yəni “işıqlı ev”, “günəşlə nurlanmış məkan” adı bu torpağa yaraşmış və xalq arasında simvolik mənaya çevrilmişdir.

1930-cu ildə inzibati rayon kimi yaradılan Ağdam, 1094 kvadrat kilometr ərazisi ilə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri sayılır. Arxeoloji tədqiqatlar göstərir ki, bu ərazilərdə Eneolit dövründən - yəni təxminən 6-8 min il bundan əvvəl - insanlar məskunlaşıb. Üzərriktəpədə aparılan arxeoloji qazıntılar nəticəsində tapılan gil qablar, taxıl dənələri və üzüm qalıqları bu torpaqda oturaq həyatın və əkinçilik mədəniyyətinin qədim köklərə malik olduğunu bir daha sübut edir. Sözügedən tapıntılar həm də qədim Qarabağda yerləşən Ağdamın Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.

Əfsuslar olsun ki, Ağdamın adı təkcə tarix və mədəniyyətlə deyil, həm də faciə, soyqırım, etnik təmizləmə və əlbəttə ki, mübarizə ilə yadda qalıb. 1993-cü ilin iyulunda Ağdam uğrunda 42 gün davam edən döyüşlər nəticəsində rayonun 73 faizi ermənilər tərəfindən işğal olundu. Nəticədə 128 min sakin öz doğma yurd-yuvasından, evindən, doğma torpaqlarından didərgin düşdü, 6 mindən çox qəhrəman şəhidlik zirvəsinə ucaldı. Ermənilərin törətdiyi vəhşiliklər nəticəsində 74 məktəb, 271 mədəniyyət evi, 67 idarə və unikal Çörək muzeyi məhv edildi. Ağdam işğalına beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əmədaşlıq Təşkilatı sərt reaksiya verdilər. Lakin, Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü ildə yekdilliklə qəbul edilmiş 853 saylı qətnaməsinə məhəl qoymadı və işğal siyasətini amansızcasına davam etdirdi.

İşğal dövründə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Ağdam rayonunda tarixi abidələri dağıtdı, hətta məscidləri belə təhqir etdi, əsrlərlə dəyişməyən coğrafi adları dəyişdirməyə cəhd etdi. Xalqımızın tarixi yaddaşını da silməyə çalışdı. Azərbaycan xalqı bu ədalətsizliyi unutmamış, yaddaşından silməmiş, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinə və onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsinə inanaraq, qətiyyətli rəhbərliyinə güvənərək azadlıq gününü səbirsizliklə, amma əminliklə gözləmiş və nəhayət o böyük günə çatmışdır.

Bu inam 2020-ci ilin payızında reallığa çevrildi. Müzəffər Azərbaycan Ordusunun, qəhrəman şəhid və qazilərimizin, igid əsgər və zabitlərimizin şücaəti, eləcə də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat nəticəsində Ağdam rayonu 20 noyabr tarixində nəhayət işğaldan azad edildi. Bununla da həm tarixi ədalət bərpa olundu, həm də minlərlə ailənin qayıdış ümidi işıqlandı.

Bir zamanlar dağıntılarının miqyası ilə 21-ci əsrin Hirosima və Naqasaki faciələri ilə müqayisə olunan bu şəhər, bu gün tamamilə yeni bir mərhələyə qədəm qoyub və indi Ağdam yenidən dirçəliş dövrünü yaşayır. 2022-ci ildə təsdiqlənmiş “Ağdam şəhərinin 2040-cı ilədək Baş planı” bu ərazinin gələcəyini müəyyən edən strateji sənəddir. Planın məqsədi Ağdamı işğaldan azad olunmuş torpaqların iqtisadi, mədəni və sənaye mərkəzinə çevirməkdir. Burada 100 min nəfərin yaşayacağı, müasir infrastrukturla təmin olunmuş, ekoloji cəhətdən təmiz bir şəhər salınır.

Tikinti-quruculuq işləri “Böyük Qayıdış” proqramı çərçivəsində geniş vüsət alıb: yeni yollar, məktəblər, istehsal müəssisələri və yaşıllıq zolaqları yaradılır. Bərpa və tikinti işlərindən əvvəl ən çətin və vaxt+ aparan mərhələ - minaların və partlamamış sursatların aşkar olunması, təmizlənməsi və ərazinin təhlükəsiz hala gətirilməsi həyata keçirilir. Bu proses təkcə fiziki təhlükəsizliklə bağlı deyil, həm də yenidənqurma üçün əlavə xərc, əlavə vaxt və xüsusi peşəkarlıq tələb edən nəhəng bir hazırlıq mərhələsidir. Bütün çətinliklərə baxmayaraq, bu gün şəhərdə həyatın yenidən canlandığı, infrastrukturun bərpa olunduğu, yolların, məktəblərin, yaşayış massivlərinin və digər binaların mərhələli şəkildə tikildiyi müşahidə olunur. Bir zamanlar xarabalığa çevrilmiş və xarici mütəxəssislərin “Qafqazın Hirosiması” adlandırılan ərazilər indi müasir urbanistikanın nümunəsinə çevrilməkdədir.

Ağdam bu gün xalqımızın birliyini, səbrini, əzmini və yenidənqurma iradəsini simvolizə edir. Bir vaxtlar dağıdılmış bu diyar indi gələcəyə ümid, doğmalığa qayıdış və milli dirçəliş məkanı kimi tarixə qayıdır. İşğaldan azad olunmuş torpaqlarımızda yenidən azan səsi ucalır, uşaqların gülüşü eşidilir, həyat bərpa olunur.

Zaur Şükürov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri