Icma.az
close
up
RU
Vedibasar mahalı filminin təqdimatı oldu

Vedibasar mahalı filminin təqdimatı oldu

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

"Vedibasar mahalı” adlı sənədli filmin rəsmi təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, təqdimat mərasimində filmin rejissoru Arif Niftiyev çıxış edib. O, filmin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyətə və layihəyə dəstək göstərən qurumlara təşəkkürünü bildirib. Rejissor qeyd edib ki, “Vedibasar mahalı” filmi Qərbi Azərbaycanın tarixinin, deportasiya və zorakılıq faktlarının sənədli şəkildə gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

Daha sonra filmin prodüseri Ramil Baba çıxış edərək bildirib ki, bu ekran işi təkcə bir sənədli film deyil, Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması baxımından mühüm layihədir. Onun sözlərinə görə, filmin hazırlanması zamanı əsas məqsəd Vedibasar mahalında azərbaycanlılara qarşı törədilmiş deportasiya və faciələri real şahidlərin xatirələri əsasında tamaşaçıya təqdim etmək olub.

Prodüser qeyd edib ki, bu film Qərbi Azərbaycan mövzusunda planlaşdırılan silsilə layihələrin başlanğıcıdır və gələcəkdə İrəvan, Zəngibasar, Göyçə kimi tarixi Azərbaycan torpaqları haqqında da analoji sənədli filmlərin çəkilməsi nəzərdə tutulur. O vurğulayıb ki, gələcəkdə bu filmlər öz doğma torpaqlarında çəkiləcək.

Təqdimatda çıxış edən filmin ssenari müəllifi Tural Əliyev isə bildirib ki, “Vedibasar mahalı” filmi üzərində işləyərkən yaradıcı heyət canlı tarixlə üz-üzə qalıb. Onun sözlərinə görə, filmdə yer alan 1948-ci il deportasiyasını yaşamış insanların xatirələri Azərbaycan tarixinin canlı şahidlik nümunələridir.

Tural Əliyev vurğulayıb ki, bu layihənin əsas məqsədi milli tarixi yaddaşı qorumaq və gələcək nəsillərə ötürməkdir.

Qeyd edək ki, “Vedibasar mahalı” filminin yaradıcı heyətinə prodüser Ramil Baba, rejissor Arif Niftiyev, ssenari müəllifi Tural Əliyev, operator Soltan Abdullayev, montaj üzrə Ülvi Babayev və redaktor Rəşad Davud daxildir.

Film Qərbi Azərbaycanın Vedibasar mahalının tarixi, demoqrafik dəyişiklikləri və azərbaycanlı əhalinin deportasiyası mövzusuna həsr olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Dekabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see340

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see267

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see267

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see257

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see256

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see249

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see240

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see237

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see229

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see229

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see228

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see222

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see214

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see212

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see211

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see210

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see191

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see189

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see180

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri