Icma.az
close
up
RU
“İşığa doğru” filminin təqdimatı oldu FOTOLAR

“İşığa doğru” filminin təqdimatı oldu FOTOLAR

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Xocalı soyqırımı şahidinin danışılmamış hekayəsi ekranlaşdırılıb.

AZXEBER.COM xəbər verir ki,  "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə həyata keçirdiyi "Eşidilməyən səslər” layihəsi çərçivəsində "İşığa doğru” adlı filmin və Tədqiqat Hesabatının təqdimatı olub.

Tədbirdə Milli Məclisin deputatları, Qeyri-hökumət təşkilatlarının rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Layihə rəhbəri Anar Yusifzadə bildirib ki, film Xocalı soyqırımının canlı şahidlərindən biri, ermənilər tərəfindən girov götürülərək ailəsi ilə birgə amansız işgəncələrə məruz qalan azərbaycanlı qadın – Nərgiz Mahmudovanın həyat hekayəsi əsasında ekranlaşdırılıb.

Layihənin əsas məqsədi müharibə qurbanı olmuş azərbaycanlı qadınların üzləşdiyi zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda mübarizə təcrübələrinə əsaslanaraq onların səsini dünyaya çatdırmaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qadınlara vurduğu dərin mənəvi və fiziki izlərini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir. 

Layihə çərçivəsində çəkilmiş film azərbaycanlı qadınların pozulmuş hüquqlarına, yaşadıqları travmalara və insanlığa qarşı törədilən cinayətlərə həsr olunub. Film ingilis dilinə tərcümə olunub və  beynəlxalq auditoriyaya təqdim ediləcək.

Filmin ssenari müəllifi Esmira Qasımova bildirib ki, yaddaşını itirən xalq məhvə məhkumdur və buna görə də xalqımızın yaşadığı dəhşətləri sənədləşdirmək vacibdir:

"Film 9 yaşlı qızın timsalında həmin insanların hayqırtısından bəhs edir. Biz burada təkcə dəhşətləri göstərməmişik, eyni zamanda dünyaya çağırış etmişik. Müharibə təkcə statistika deyil, eyni zamanda məhv olan həyatlar deməkdir. İstərdik ki, bu filmlə həm də sülhə çağırış edək”.

İştirakçılar film barədə düşüncələrini bölüşüb və ekran işinin olduqca uğurlu olduğunu bildirib. Qeyd olunub ki, bu kimi filmlər və kitablar Azərbaycan xalqının acılarını dünyaya çatdırmaq baxımında mühüm rol oynayır. Çıxışçılar filmin bir neçə dilə tərcümə olunmasını təklif edib. Bildirilib ki, film həm də ədalətə çağırışdır. Qeyri-hökumət təşkilatlarının bu tip hadisələri filmlərə, kitablara köçürərək xalqın tarixinə həkk etməsi olduqca təqdirəlayiqdir. "Prezident İlham Əliyev bir neçə gün əvvəl Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında qeyd etdi ki, biz gələcəyə doğru addımlayırıq, amma keçmişi də unutmamalıyıq. Bəli, biz 44 günlük Vətən müharibəsindəki qələbəmizlə işığa doğru addımlayırıq”, - deyə çıxışçılar vurğulayıb. 


Daha sonra "Alternativ” Kommunikasiya Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva Ermənistan işğalının qurbanı olmuş azərbaycanlı qadınların hüquqlarının pozulması, üzləşdiyi zorakılıq, məhrumiyyət  və iztirabların onların sağlamlığı və sosial statusu üçün uzunmüddətli nəticələrini təhlil edən Tədqiqat Hesabatı təqdim edib. O, müharibə qurbanı olmuş 50 qadın arasında sorğu keçirildiyini bildirib. Vurğulanıb ki, respondentlər arasında girov götürülərək fiziki, psixoloji və cinsi zorakılığa, müxtəlif ağır işgəncələrə məruz qalan qadınlar olub. Qadınlar məcburi köçkünlük, ailə üzvlərinin itirilməsi, əmlaklarının talan olunması və digər insanlıq əleyhinə əməllərlə üzləşiblər. 

Həmçinin bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 984 nəfəri ötən əsrin 90-cı illərində, yəni, birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük ikinci Qarabağ müharibəsində itkin düşüblər: "3 990 nəfərdən 3 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın (25 azyaşlı qız), 316 nəfəri qocadır”.

Tədbir Tədqiqat Hesabatı ətrafında müzakirələrlə davam etdirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri