Vəfat edən aktyorun xanımından açıqlama: Yaşamaq istəyirdi, amma...
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Yalçının təzyiqi düşüb. Həkimlər nə qədər çalışsalar da, onun təzyiqini qaldıra bilməyiblər".
Bunu Qaynarinfo-ya açıqlamasında Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun həyat yoldaşı Səbinə Səlimova deyib.
O bildirib ki, həyat yoldaşı həm də dializ xətəsi imiş:
"Dializ olunanda təzyiqi enib. Baxıblar ki, vəziyyəti pisdir, reanimasiyaya yerləşdiriblər. 3 gündür orda idi. Yanına da buraxmadılar. Gecə saat 4:00-da xəbər etdilər ki, Yalçın dünyasını dəyişib. Onun ciyərləri dəyişəndən sonra yaxşı idi, amma ötən il qəfildən sarılıq keçirdi. Onda həkimlər stend qoydu. Stendən sonra böyrəkləri iflas etdi".
Səbinə Səlimova həyat yoldaşının çox əziyyət çəkdiyini vurğulayıb:
"Xəstəlikdən gözü açılmadı, biri sağalanda biri başladı. Qutu-qutu dərmanlar qəbul edirdi. Sanki çörək əvəzinə dərman yeyirdi. Yaşamaq istəyirdi, amma olmadı".
Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov dünyasını dəyişib.
Xatırladaq ki, bir müddət öncə aktyor qaraciyər sirrozundan əziyyət çəkib və ona aktyora qaraciyər köçürülmüşdü.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 21 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















