Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir Anar Bağırov
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Azərbaycanda nümayəndəlik institutu məhdudlaşdırılandan sonra Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına daha çox rast gəlinir.
Globalinfo.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurum üzvlərinin bu gün keçirilən konfransında deyib.
O bildirib ki, əksər hallarda həmin şəxslər fəaliyyət göstərdikləri ünvanlarda “vəkil”, “vəkil bürosu”, “vəkil xidmətləri” kimi adlardan reklam olaraq istifadə edirlər. Belə halların qarşısının alınması məqsədilə qanunvericiliyə edilən yeni dəyişikliklərdə vəkillərin müstəsna fəaliyyəti ilə bağlı anlayışların qeyri-vəkillər tərəfindən istifadə edilməsi qadağan olunub:
“Bu dəyişiklikdən irəli gələrək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik edilib və vəkil adından qanunsuz istifadə ilə bağlı normalar təkmilləşdirilib. Digər mühüm dəyişikliklərdən biri isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda intizam pozuntusuna yol verən vəkillərə münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin seçilməsi zamanı konkret meyarların müəyyən olunmasıdır. Həmçinin vəkillərin intizam icraatı proseduruna da yeniliklər edillb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 31 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















