Anar Bağırov yeni qəbul olunan vəkil köməkçiləri ilə görüşdü
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı il iyulun 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib.
Gununsesi.info xəbər verir ki, kollegiyanın inzibati binasında təşkil olunan görüşdə çıxış edən Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları yeni fəaliyyət mərhələsinə başlamaları münasibətilə təbrik edib, gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Sədr çıxışı zamanı son illər VK-da həyata keçirilən institusional islahatlar, vəkillik institutunun inkişafı və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, hazırda Kollegiyada 450-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir və onların peşəkar inkişafına xüsusi diqqət yetirilir.
Anar Bağırov vurğulayıb ki, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin olunması və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində vəkillik institutu mühüm rol oynayır. Bu baxımdan yüksək peşə hazırlığına, güclü nəzəri biliklərə və etik davranış prinsiplərinə malik hüquqşünasların yetişdirilməsi Kollegiyanın əsas prioritet istiqamətlərindən biridir.
Sədr nəzərə çatdırıb ki, vəkil köməkçiləri gənc hüquqşünasların peşəkar formalaşmasında mühüm mərhələ hesab olunur. Bu dövr ərzində əldə olunan praktiki bilik və bacarıqlar onların gələcəkdə peşəkar vəkil kimi yetişməsində mühüm rol oynayır. Bu məqsədlə Kollegiya tərəfindən vəkil köməkçilərinin təcrübə imkanlarının genişləndirilməsi, peşə hazırlığının gücləndirilməsi və onların real hüquqi fəaliyyət mühitinə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Anar Bağırov gənc hüquqşünasları bu imkanlardan səmərəli istifadə etməyə, peşəkar inkişaflarına xüsusi diqqət yetirməyə, təcrübəli vəkillərlə sıx əməkdaşlıq edərək bilik və bacarıqlarını daim təkmilləşdirməyə çağırıb.
Eyni zamanda sədr VK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarı ilə vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas imtahanında tətbiq olunan güzəştləri xatırladaraq bildirib ki, bu qərar gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılmasına, onların peşəkar inkişafının stimullaşdırılmasına və gələcək karyera imkanlarının genişləndirilməsinə xidmət edir.
Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 07 İyul 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















