Icma.az
close
up
RU
Vəkil Elçin Sadıqov: “AŞ rəsmilərinin Azərbaycana buraxılması təqdirəlayiq addımdır”

Vəkil Elçin Sadıqov: “AŞ rəsmilərinin Azərbaycana buraxılması təqdirəlayiq addımdır”

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT)  iki illik fasilədən sonra Azərbaycana buraxılıb.

Gununsesi.info-nun Avropa Şurasından əldə etdiyi məlumata görə, səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərin saxlanma şəraiti və rəftarını, habelə həbsxana müəssisələrində saxlanılan şəxslərin durumunu yoxlamaq olub.
Səfər zamanı Komitə üzvləri bir sıra istintaq təcridxanaları, polis idarələrinin müvəqqəti saxlama yerlərinə baş çəkib.

Nümayəndə heyəti psixiatriya müəssisələrində saxlanılan şəxslərə göstərilən rəftar, şərait və hüquqi təminatları da araşdırıb.

Onu da vurğulayaq ki, Azərbaycanın AŞ PA-dakı deputat qrupununun mandatının təsdiqlənməməsinin  bir səbəbi də bu idi.

Siyasi fəalların və jurnalistlərin hüquqlarının müdafiəçisi kimi tanınan vəkil Elçin Sadıqov Gununsesi.info-ya açıqlamasında hökumətin AŞ rəsmilərini Azərbaycana buraxmasını təqdirəlayiq addım kimi qiymətləndirib: “Azərbaycan Avropa Şurasının üzvüdür. Ölkə Avropa Şurasının bütün missiyalarını dəvət etməlidir. Bu, öhdəlikdir. İki ildir ki, buna əməl olunmurdu. Sevindirici haldır ki, nəhayət, hökumət fikrini dəyişdi. İnanıram ki, bu proses davamlı olacaq.  İstər polisin müvəqqəti saxlama məntəqələrində, istərsə də Penitensiar Xidmətin istintaq təcrdixanaları və cəzaçəkmə müəsssisələrində problemlər var və bunu araşdırıb hökumət qarşısında qaldırmaq vacib idi”.

Elçin Sadıqovun sözlərinə görə, Azərbaycan hökuməti qarşıdakı dönəm ərzində siyasi məhbuslarla bağlı da addım atarsa, ölkəmizin AŞ PA-ya qayıtması mümkündür: “Bilirsiniz ki,  yanvar ayında üzv ölkələrin deputat qrupunun mandatının növbəti bir il üçün təsdiqlənməsinə dair səsvermə olacaq. Əgər hökumət yanvara kimi siyasi məhbuslardan heç olmasa 15-20 nəfəri azad edərsə, Azərbaycanın deputat qrupunun mandatı da təsdiqlənəcək”. 

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri