Icma.az
close
up
RU
AŞ PA dan Azərbaycana çağırış DEPUTAT VƏ VƏKİL DANIŞIR

AŞ PA dan Azərbaycana çağırış DEPUTAT VƏ VƏKİL DANIŞIR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasına nümayəndə heyəti göndərməkdən imtina edib.

Buna səbəb kimi AŞ PA-nın ötən ilin yanvarında ölkəmizdə insan haqlarının durumunu nəzərə alaraq, deputat qrupunun mandatını təsdiqləməməsidir.

Azərbaycan isə hesab edir ki, AŞ PA ölkəmizə qarşı qərəzlidir.

Gununsesi.info isə bildirir ki, AŞ PA yanvarın 27-də qəbul etdiyi 2580 saylı qətnamədə Azərbaycanla Gürcüstan da daxil bir sıra ölkələrdə demokratiyanın geriləməsi və insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edib.

Qeyd edək ki, sözügedən qətnamə ötən il ərzində üzv dövlətlərin Avropa Şurası qarşısındakı öhdəliklərinə əməl etməsinin davamlı monitorinqinə əsaslanır.

Sənədə görə, AŞPA Azərbaycanda demokratiya, hüququn aliliyi və insan hüquqlarının vəziyyətinin daha da pisləşməsindən ciddi narahatlığını bildirir. Assambleya siyasi və vətəndaş cəmiyyəti fəalları, media nümayəndələri və hökumət tənqidçilərinə qarşı təzyiqlərdən narahatdır. Hakimiyyəti  təqiblərə son qoymağa və siyasi motivli ittihamlarla saxlanılan bütün şəxsləri dərhal azad etməyə çağırır.

Hesabatda Azərbaycan parlamentinin 2025-ci il sessiyasında akkreditasiya üçün nümayəndə heyəti göndərmədiyi bildirilir.

Sənəddə həmçinin Azərbaycan hakimiyyəti Venesiya Komissiyasının tövsiyələrinə uyğun, siyasi partiyalar, media və qeyri hökumət təşkilatları (QHT) ilə bağlı müvafiq qanunvericiliyə düzəliş etməyə çağırılır.

Qətnamədə, həmçinin AŞPA Azərbaycanın İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT) ilə əməkdaşlıqdan imtina etməsini qəti şəkildə pisləyir və hakimiyyəti bu orqanla əməkdaşlığı dərhal bərpa etməyə səsləyir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə Gununsesi.info-ya deyir ki,  AŞ PA-nın bu qətnaməsi  növbəti dəfə ölkəmizə qarşı ədalətsiz münasibətin ifadəsidir:”AŞ PA sübut edir ki, Azərbaycana təzyiq üçün alətə çevrilib. Azərbaycan hər zaman konstruktiv dialoqa açıq olduğunu deyib.Amma görünən budur ki, AŞ PA bunda maraqlı deyil. Hər dəfə şər-böhtan xarakterli qətnamələr, bəyanatlar ortaya çıxır. Bunlar təzyiq xarakterli mövqedir. Azərbaycan isə bəyan edir ki, heç kəs bizimlə təzyiq dilində danışa bilməz”. 

Məlahət İbrahimqızının sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyi üçün hədəfə gəlib:”Bizi ittiham edirlər ki, niyə ölkəmizdən separatçıları çıxardınız? Əksinə,  AŞ PA ona üzv ölkənin ərazi bütövlüyünün bərpa olunmasını alqışlanmalıdır”.

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər hazırlayan tanınmış vəkil Elçin Sadıqov isə YAP-çı deputatdan fərqli düşünür: “Azərbaycan Avropa Şurasına könüllü daxil olub və üzərinə öhdəliklər götürüb. Avropa Şurasının işi üzv ölkələrin insan haqlarına, demokratiya dair öhdəliklərini monitorinq etmək, münasibət bildirməkdən ibarətdir. Ona görə ortalıqda olan faktları inkar etmək yox, onları həll etmək lazımdır”.

Elçin Sadıqov bildirir ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət sayına görə üzv ölkələrin arasında ön yerləri tutur.

Afət Abbasova 

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Yanvar 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri