Icma.az
close
up
RU
“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? Hüquq mühafizə orqanları araşdırma aparır

“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb? Hüquq mühafizə orqanları araşdırma aparır

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşlara külli miqdarda ziyan vurub?

Şikayətçinin sözlərinə görə, ümumilikdə 10-12 nəfər zərərçəkmiş adamın olduğu məlumdur.

"Tək məndən 1025 manat pul alıb, digər şəxslərdən alınan vəsait isə daha böyükdür. 12 min manat, 7 min manat və s. Araşdırmalardan sonra müəyyənləşdirdik ki, Səbiyyə Panəliyeva heç vəkil də deyilmiş. Zərərçəkmişlərin bir hissəsi rəsmi şəkildə də şikayət ediblər.

Mənim bank problemlərim var idi hüquqi yardıma ehtiyacım oldu, "İnstagram” sosial şəbəkəsində "bhkm_huquq_merkezi” adlı səhifə qarşıma çıxdı, onlara müraciət etdim. 1025 manat pulumu alsa da, faktiki heç bir iş görmədi. Hər yerə şikayət etmişik, bir dur deyən yoxdur, yenə də vətəndaşları aldatmağa davam edir”.

Digər bir şikayətçi isə Səbiyyə Panəliyeva tərəfindən 3100 manat aldadıldığını bildirir.

"Bizə viza lazım idi, bunun üçün Səbiyyə Panəliyeva müraciət etdik. 3100 manat da ödəniş etdik, lakin sonradan aldadıldığımızı anladıq, hazırda isə bir çox yerlərə şikayət etmişik. Pulumuzu ala bilmirik”.

Digər şikayətçi isə Daşkəsən rayon sakinidir. Onun sözlərinə görə, özünü hüquqşünas vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva 6120 manat pulunu mənimsəyib.

"Mənim bank işlərimə kömək edəcəyini vədd etmişdi, sonra məlum oldu ki, ümumiyyətlə vəkil deyil, Sonradan rəsmi şikayət etdik, pulu geri qaytaracağına söz versə də, hər gün bir bəhanə ilə bizi aldadır”.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasından bildirilib ki, barəsində şikayət olunan Panəliyeva Səbiyyə İlham qızı Vəkillər Kollegiyasının üzvü deyil.

Şikayətlərlə bağlı Səbiyyə Panəliyeva  ilə əməkdaşımız əlaqə saxlayıb, o bütün şikayətləri inkar etdi.

Lakin şikayətçilərdən verilən məlumatlarda pulları aldığını etiraf edib və qaytarılması üçün zaman istəyib deyə məlumada qeyd olunur.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib ki, vətəndaş Səbiyyə Panəliyeva tərəfindən bir neçə şəxsin hüquqazidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı rayon polis orqanlarında müraciətlər var. Hazırda həmin müraciətlər əsasında araşdırmalar aparılır. (Xalq.online)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 İyul 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri