Icma.az
close
up
RU
Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Siyavuş Novruzovun təklifi qalmaqal yaratdı


Erkin Qədirli: "Vəkillərə siyasətdən uzaq durmaq tələbi qoymaq doğru deyil"


"1999-cu ildə ölkəmizdə vəkillərin sayı 300-ə yaxın idi. Son 25 il ərzində ölkədə vəkillərin sayı xeyli artıb. Azərbaycan gəncləri vəkilliyə üz tuturlar. Düzdür, vəkillərin sayı yenə də bizi tam qane etmir. Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır".  Bunu Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O qeyd edib ki, bu problemin kökündə duran məsələnin biri odur ki, ölkədə hüquqşünasların sayı azdır: "Biz çalışmalıyıq ki, ən savadlı, təhsilli insanlar vəkil olsunlar. Biz çalışırıq ki, vəkillər daim peşə hazırlıqlarını artırsınlar, keyfiyyətli hüquqi yardım göstərsinlər".


"Vəkilin siyasi baxışı olmamalıdır"

Deputat Siyavuş Novruz deyib ki, bəzi vəkillər mətbuatın əli ilə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır. Onun sözlərinə görə, vəkilin funksiyası müdafiə etdiyi şəxsin günahsızlığını hüquqi faktlarla sübut etməkdir. O bildirib ki, bəzi vəkillər mətbuatı prosesə cəlb etməklə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır: “Vəkilin funksiyası qəzetlərdə, internet televiziyalarında düzgün olmayan informasiyanı vermək deyil. Azərbaycan hüquqi dövlətdir və bu hüquqi dövlətdə qanunun aliliyi, kimliyindən asılı olmayaraq, hər kəsə tətbiq edilməlidir. Vəkilin siyasi baxışı olmamalıdır. O, hüquqi aspektə əsaslanıb, qərarlarını ədalətə uyğunluğuna əsasən verməlidir. Biz bəzən görürük ki, bəzi hakimlər qərar verərkən hüquq və ədalət kənarda qalar, öz maraqlarına əsasən müxtəlif şəxslərə dövlət əleyhinə olduğunu bildirərək onları ittiham edir". 


"Vəkil məhkəmədə gedən işlə bağlı siyasi şərhlər verə bilər"

Deputat Erkin Qədirli isə Siyavuş Novruzovun şərhinə qatılmadığını bildirib. O qeyd edib ki, hüquq peşəsini siyasətdən tamamilə ayırmaq olmur. Amma vəkillik özünəməxsus işdir, o özünü idarə edən qurumdur: “Ona görə də vəkillərə siyasətdən uzaq durmaq tələbi qoymaq doğru deyil. Ola bilər ki, hansısa vəkil məhkəmə prosesində bu cür hallara yol verir, amma məhkəmə hakimin nəzarətində keçirilir və hakim buna müdaxilə edə bilər”. Həmçinin Erkin Qədirli vurğulayıb ki, dünya təcrübəsində də bu kimi hallar var: "Vəkil məhkəmədə gedən işlə bağlı siyasi şərhlər verə bilər. Bu, məhkəmə zalından qıraqda olur və haqqı da olmalıdır. Buna görə vəkilləri qınamaq, inzibati tədbir görmək və buna çağırış etmək doğru deyil. 


"Elə bölgələr var ki, orada 1-2 vəkil belə tapmaq çətindir"

Millət vəkili Fazil Mustafa deyib ki, elə bölgələr var ki, orada 1-2 vəkil belə tapmaq çətindir: "Bu məsələnin həlli istiqamətində addımların atılması, qanunvericilikdə dəyişiklik edilməsi doğru yanaşmadır". O bildirib ki, prinsiplərdə də dəyişiklik edilir: "Vəkildən həm də şəffaflıq prinsipinə əməl etməsini tələb edirik. Sonrakı maddələrdə göstərilir ki, vəkil peşə sirri və fəaliyyəti ilə bağlı dindirilə bilməz. Yaxud peşə fəaliyyəti ilə bağlı ona hansısa təzyiq göstərilə bilməz. Əslində, vəkilliyin bir problemi o idi. Bəzi vəzifəli şəxslər, dövlət qurumları hansısa prosesdə peşəkar rəqabətdə, müzakirədə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırmağa başlayırdılar. Bir çox hallarda vəkillərin prosesdə iştirakına əngəl yaradırdılar. Son illər bu tendensiya ortadan qalxsa da, vəkilləri qorumaq həm də dövlətin borcudur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:667
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri