Icma.az
close
up
RU
Bir görüntüyə əsaslanıb qərar vermək doğru olmaz ŞƏRH EDİLDİ

Bir görüntüyə əsaslanıb qərar vermək doğru olmaz ŞƏRH EDİLDİ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan-İran münasibətləri hələ də arzu edilən səviyyədə deyil, özəlliklə Azərbaycan Respublikası qonşu İranla normal, dinc münasibətlərdən yanadır. Uzun illərdir ki, Azərbaycan dövləti bunun belə olması üçün çalışır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, İranda hakimiyyət başında olan şəxslər, əsasən dini rəhbərlik bu münasibətlərin normallaşmasına yetərincə töhfə verməyib, həmçinin verməməklə də qalmıyıb, əlavə gərginlərə səbəb olacaq addımlar atıb: "Təbiidir ki, belə bir şəraitdə münasibətlərin çoxda yaxşı olması haqqında danışa bilməzdik. Amma Pezeşkianın prezident seçilməsi və onun Azərbaycan Respublikasına fərqli münasibət bəsləməsi əlaqələrin normallaşmasına ümidləri artırır.İran Prezidenti Məsud Pezeşkianın bu günlərdə Bakıya etdiyi səfər və bu səfərdə sərgilədiyi yanaşma hər şeyin itirilmədiyinin xəbərçisi sayıla bilər. Yəni Azərbaycan Respublikası ilə İran arasında normal müstəvidə münasibətlərin qurulması mümkün görünür. Əlbəttə irəli qaçmaq istəmirik, tələskənliyə yol vermək istəmirik. Yəni bir görüntüyə əsaslanıb qərar vermək doğru olmaz. Amma ilkin işarələr onu göstərir ki, Azərbaycan Respublikası ilə İran arasında münasibətlərin normallaşması imkanları tükənməyib".Siyasi şərhçi qeyd edir ki, Azərbaycan bu məsələlərdə həmişə iradəli və öndə olub: "İndiki halda İranın xoşməram sərgilənməsi üçün zaman yetişib və imkanlarda var. İran tərəfi bu imkanlardan istifadə etsin ki, dinc qonşuluq münasibətlərimiz sözün həqiqi mənasında gerçəyə çevrilə bilsin.İran və Azərbaycan arasında olan sənədlər isə normallaşmağa doğru gedən əlaqələrimiz üçün başlanğıc olaraq qəbul edilməlidir. Yəni uzun müddət idiki münasibətlərin normallaşmasına ehtiyac var idi. Artıq İran Prezidentinin Azərbaycana səfərindən sonra bu prosesin başlandığını deyə bilərik. İmzalanmış sənədlər iş birliyi cəhdlərinin edilməsində normallaşmanın başlanğıcı kimi dəyərləndirək. Əlbəttə ki o sənədlərdən irəli gələn addımların atılması, hədəflərin gerçəkləşdirilməsi sonrakı mərhələdir. Azərbaycan tərəfi həmişə sözündə bütöv olub və iradəsinə sadiq qalıb. İndi İran tərəfi də eyni dərəcədə davranarsa və bu imzalanmış sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirərsə, deməli əlaqələrin normallaşmasına ümidlərimiz boşuna deyilmiş".

Müəllif: Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri