Icma.az
close
up
RU
Vəkil vəsatət qaldırdı: ATV aparıcısı istintaq sirrini açıb

Vəkil vəsatət qaldırdı: ATV aparıcısı istintaq sirrini açıb

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qaradağ rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Məzahir Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info teleqraf.com-a istinadla xəbər verir ki, prosesdə ilk olaraq təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

O bildirib ki, ATV-də, Zaur Baxşəliyevin “Bizimləsən” verilişində aparıcı bu cinayət işində adı keçən şahidə təsir edib. Onun sözlərinə görə, aparıcı efirdə istintaq sirri olan cinayət işinin materiallarını səsləndirib.

Vəkil məhkəmədən televiziya kanalına xəbərdarlıq edilməsini xahiş edib.

Zərərçəkmiş İlham Haqverdiyevin hüquqi varisi, anası Xaliqə Əliyeva televiziyada verilişin aparılmasının qanunla tənzimləndiyini bildirib.

Xaliqə Əliyeva cinayət işinin obyektiv aparılmadığını söyləyib. O, sözügedən verilişdə iştirak etməyə davam edəcəyini bildirib və təqsirləndirilən şəxsin vəkilinin vəsatətinin təmin olunmamasını istəyib.

Dövlət ittihamçısı Valeh Ələkbərov da vəsatətin təmin olunmamasını istəyib.

Daha sonra müşavirə keçirən hakimlər heyəti qərar elan ediblər. Qərara görə, vəkilin vəsatəti qismən təmin olunub və Xaliqə Əliyevaya xəbərdarlıq edilib.

İttihama görə, qətl hadisəsi bu il martın 6-da, gecə saat 00:15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Qəsəbə ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məzahir Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see182

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see168

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see159

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see148

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see137

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see136

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see135

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see131

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see130

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see130

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see129

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see129

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see128

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see128

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see125

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see124

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see124

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see122

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri