Icma.az
close
up
RU
Vəkil vəsatət qaldırdı: ATV aparıcısı istintaq sirrini açıb Yeni Sabah

Vəkil vəsatət qaldırdı: ATV aparıcısı istintaq sirrini açıb Yeni Sabah

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaradağ rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Məzahir Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az teleqraf.com-a istinadla xəbər verir ki, prosesdə ilk olaraq təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

O bildirib ki, ATV-də, Zaur Baxşəliyevin "Bizimləsən" verilişində aparıcı bu cinayət işində adı keçən şahidə təsir edib. Onun sözlərinə görə, aparıcı efirdə istintaq sirri olan cinayət işinin materiallarını səsləndirib.

Vəkil məhkəmədən televiziya kanalına xəbərdarlıq edilməsini xahiş edib.

Zərərçəkmiş İlham Haqverdiyevin hüquqi varisi, anası Xaliqə Əliyeva televiziyada verilişin aparılmasının qanunla tənzimləndiyini bildirib.

Xaliqə Əliyeva cinayət işinin obyektiv aparılmadığını söyləyib. O, sözügedən verilişdə iştirak etməyə davam edəcəyini bildirib və təqsirləndirilən şəxsin vəkilinin vəsatətinin təmin olunmamasını istəyib.

Dövlət ittihamçısı Valeh Ələkbərov da vəsatətin təmin olunmamasını istəyib.

Daha sonra müşavirə keçirən hakimlər heyəti qərar elan ediblər. Qərara görə, vəkilin vəsatəti qismən təmin olunub və Xaliqə Əliyevaya xəbərdarlıq edilib.

İttihama görə, qətl hadisəsi bu il martın 6-da, gecə saat 00:15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Qəsəbə ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məzahir Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri