Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Vəkillər (Kollegiyası) məhkəmədə hakimləri müdafiə, ittihama, istintaqa yardım edir?!

Vəkillər (Kollegiyası) məhkəmədə hakimləri müdafiə, ittihama, istintaqa yardım edir?!

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Vəkil istəyəndə əlil qaziyə cərimə, istəməyəndə məcburi “yardım xidməti”

Ödənişsiz peşəkar hüquqi yardım xidməti Konstitusiyanın 61-ci maddəsi ilə təminat verilən əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır. Di gəl, bu təminatdan aztəminatlı vətəndaşlar nəinki yararlana bilir, əksinə, hətta cərimələnirlər!(?) Nə Məhkəmə Hüquq Şurası, nə Konstitusiya Məhkəməsi, nə Ombudsman məhkəmə hakimlərinin “cərimə, vəkildən imtina azadlığına” qiymət verir, əksinə, bu özbaşınalığı “hakimlərin müstəqilliyi” sayır. Başımıza gələnlərdən   peşəkar hüquqi yardımın gerçəkdə sözdən o yana keçmədiyini, vəkil xidmətinin imitasiya, görüntü xarakteri daşıdığını, hətta hüquqi yardımın hakimlərə, ittihama göstərildiyini deməyə haqq verir.

3 ilə yaxındır Bakı AM-in İK-sının eyni heyəti (Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) Bakı İnzibati Məhkəməsinin (h. Orxan Həsənov) 2 iddianın mümkün sayılmaması haqqında eyni tarixli qərardadından 2  şikayətə baxmır, nə özü İPM-ə uyğun hüquqi yardım göstərir, nə dövlət hesabına vəkil ayırır ki, vəkildən imtina qərardadı əsas insan və vətəndaş hüquq və azadlığıdır, cavabdeh DİN-ə (VKRH-nın vəzifəli şəxsləri Əlirza Həbilov və Orxan Babayevlə təmsil olunub) və ƏƏSMN-ə (40 nəfərlik 39 saylı vəkil bürosu ilə təmsil olunub)  münasibətdə tərəflərin hüquq bərabərliyi pozulacaq. (?) BİM-in digər hakimi Bəhlul Cəlalov “lap gül vurub”, xəstəxanada müalicə olduğumu bildirsəm də, nə özü hüquqi yardım edib, nə vəkil ayırıb ki, onsuz da iddianı mümkün saymayacaq, niyə büdcə gücə düşsün?! (Cavabdeh ƏƏSMN isə yenə də 40 nəfərlik 39 saylı vəkil bürosu ilə təmsil olunub). Bakı İM-in İK-sı (Aytən Oruczadə, (həmin) Cahangir Yusifov və  b.) yenə xəstəxanada olmağıma baxmayaraq, nə iclası ertələyib, nə vəkil ayırıb, hətta kassasiya şikayəti verməyə də həmkarlıq prinsipi ilə vəkildən imtina edib ki, tərəflərin hüquq bərabərliyi pozulacaq, büdcə çökəcək. Ali Məhkəmə də bu “hüquq bərabərliyini” qüvvədə saxlayıb ki, (vəkildən imtina aktından) kassasiya şikayəti vəkilsiz tərtib olunub və vəkildən imtina doğrudan da əsas insan və vətəndaş azadlığıdır. Konstitusiya Məhkəməsi isə 15 aydan çoxdur  şikayət(lər)ə baxmır, KM (Aparatı) Ali Məhkəmə ilə qeyri-prosessual münasibət sonucunda 3 şikayəti elə  “itirib” ki, Prezident (Aparatı), 1-ci vitse-prezident (katibliyi) də tapa bilmir. Bu da aşağı instansiyaları 2 il yarım qabaqkı vəkildən imtina qərardadını “preyudisial akt” qüvvəsinə “mindirməyə” gətirib. Ödənişsiz hüquqi yardım “peşəkarlığına” baxın, bütün şikayətlərim Bakı AM-də eyni heyətə (Şərafət Məmmədova, Pərviz Hüseynov , Cahangir Yusifov (Ceyhun Məmmədov) , Aytən Oruczadə, Günel Abbasova) verilir , anında aşağı instansiyanın qərardadı qüvvədə saxlanılır və kassasiya şikayəti verməyə də vəkildən imtina edilir ki, 2 il yarım qabaqkı imtina qərardadı qüvvədədir , preyudisial akt kimi Konstitusiyadan da üstündür.(?) Ali Məhkəmə (Rahib Nəbizadə (s/e, Aida Hüseyn, Səyyad Kərimov, iş N:1912/25) də bu qeyri-prosessual özbaşınalığa nəinki qiymət verib, əksinə, bəhanə ilə qüvvədə saxlayıb ki, şikayət vəkilsiz tərtib olunub, şikayətvermə müddəti ötürülüb və s.

Bakı AM-in MK-sı da vəkildən imtinada İK-dakı həmkarlarından geri qalmır. MK sədri Rafael Eyvazov isə etik davranış, hakimin əxlaq kodeksini də pozaraq “müstəqil” hakimlər heyətinə 1-ci dərəcəli Qarabağ əlilini məhkəməyə müraciət etdiyinə (Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyü-400 manat), hakimə etirazına (Qumru Əliyeva-300 manat), hətta kassasiya şikayəti verdiyinə, hətta şikayət verməyə hüquqi yardıma ərizə verdiyinə (Fuad Abdıyev, Fuad Babayev, Cəmilə Musayeva üçlüyü-100 manat) görə cərimələdib. Özü isə 5 aydır nə kassasiya şikayəti verməyə vəkil ayırır, nə də vəkildən imtina qərardadından şikayəti Ali Məhkəməyə göndərir ki, 1-ci dərəcəli Qarabağ əlilinin gəlirləri vəkilin haqqını ödəməyə çatır. Bu hakimin qərəzi o həddə çatıb ki, maraqlı şəxs(lər) Səfərbərlik Xidmətinin Daxili Qoşunlarla eyni olduğu “əsası” ilə ərizəni yolverilməz sayır , vəkil haqqının  xidmət göstərilməsinə uyğun ödənilməsindən də xəbəri yoxdur. Qanun aztəminatlı şəxsin ərizəsinə əsasən dövlət hesabına vəkillə təminatını məhkəməyə məcbur i edir (MPM-in 67-1.1 m-si); bundan sonra göstərilən xidmətin haqqının dövlət hesabına və ya ərizəçinin hesabına ödənilməsinə qərar verilir. İK-da olduğu kimi MK-da bütün şikayətlərim Rafael Eyvazovun Fuad Babayev, Cəmilə Musayeva, Fuad Abdıyev dördlüyünə , Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyünə verilir , etiraz(lar)a , şikayətin dəlillərinə baxmadan anında özbaşınalıq qüvvəyə mindirilir və vəkil xidmətindən də imtina qərardadı çıxarılır. MHŞ, Ombudsman, Ali Məhkəmə qiymət vermir, özünüz qiymət verin, qazini yataqda məhkəməyə ərizə verdiyinə görə toplam 800 m-t cərimə edən heyət şikayətlərə baxılmasında necə obyektiv, qərəzsiz ola bilər? Qazi əlil kassasiya şikayəti verməyə vəkillə təminatına ərizə verir və cərimələnir ki, niyə hüquqi yardım istəyirsən? Amma ərizə verməyəndə vəkil ayrılər, necə anlayaq?

Nəsimi məhkəməsi (h. Vüsalə Musayeva) ABB-yə qarşı iddiada ərizə vermədiyim halda vəkil Ayaz Məmmədzadəni necə büdcədən vəkil edib və bu vəkil də “MƏHKUMUN (?) HÜQUQLARINI QORUMAQ adı ilə büdcədən 77 manat qoparıb?! Di gəl, eyni məhkəmə (h. Ramin Xəlilov) AZAL-a qarşı 1999-cu il beynəlxalq Monreal Konvensiyasının pozulmasından tələbli iddiam üzrə 5 ərizəmin yalnız birinə “baxıb” və vəkildən imtina edib ki, büdcə çökəcək, öz hesabına xaricə müalicəyə getməyə məcbur olan, reysə buraxılmadığına görə 2000 manat maddi ziyan çəkən 1-ci dərəcəli Qarabağ əlilinin gəlirləri vəkilin haqqını ödəməyə çatar. Bunu necə anlayaq, eyni məhkəmə ərizə vermədiyim halda, özbaşınalığına vəkil ayırır, amma ərizə(lər) verirəm, imtina edir? Hətta 5 şikayətimi apellyasiya instansiyasına göndərmir, qanuna “düzəliş” edir ki, birbaşa kassasiya şikayəti verməliyəm. Kassasiya şikayəti verməyə isə vəkil qadağası qoyulub. Bakı AM-in MK-sı (s/e Azad İmanov, Fuad Talışinski və b.) da bu “düzəlişi” qüvvədə saxlayıb. Kassasiya şikayətimi isə Ali Məhkəməyə göndərmir ki, vəkildən imtina qərardadı “preyudisial aktdır”, ondan şikayət verilə bilməz.(?) Belə hüquq, məhkəmə müdafiəsi olur, bir yandan qanunu “düzədirlər” ki, birbaşa kassasiya şikayəti verilməlidir, o biri yandan bu şikayətə qadağa qoyurlar ki, vəkil tərtib etməlidir; vəkilin özünü də ayırmaqdan imtina edirlər. Bu işdə vəkil mənə ona görə lazımdır ki, hakim(lər) qarşı tərəfə vəkillik edir, hətta MPM-in 78.2-ci maddəsinə uyğun olaraq cavabdeh AZAL-da olan sübutları vəsatət(lər)imə əsasən toplamır, vəkilim sorğu verib sübutları toplasın. Peşəkar hüquqi yardım təkcə şikayəti tərtib etməkdən ibarət deyil axı!

...Naxçıvanda duz mağarasında olanda növbəti qeyri-prosessual vəkil “xidməti”ndən bilgiləndim. Fərid Rzayev adlı şəxs Bakı İnzibati Məhkəməsinin (h. Ləman Musayeva) 24.07.2025-ci il tarixli qərardadı ilə 24.08.2025-ci ildən 19.06.2025-ci il tarixli qərardaddan APELLYASİYA ŞİKAYƏTİ verməyə vəkil edildiyini kabinetdən bildirib. Özbaşınalığı təsəvvür edirsiniz? Ərizə vermədiyim halda, iddiama baxılmadığı halda, 19.06.2025-ci ildəki ilk iclasda cavabdeh DİN MPİ-nin vəkili və nümayəndəsi qismində VKRH Aparat rəhbəri Orxan Babayevi cəlb etdiyinə görə hakimə etirazıma baxılmadan 36 gün sonra- 24.07.2025-ci ildə hansı ərizəm əsasında apellyasiya şikayəti verməyə vəkillə təmin olunmuşam? Bəyəm VKRH, MƏHKƏMƏ qərardaddan şikayətvermə müddətinin 10 gün olduğunu bilmir? Baxılmayan iş üzrə 2 aydan sonra apellyasiya şikayəti vermək zorakılığı hansı qanunda, hansı məcəllədə yazılıb? Özü də anında Bakı AM-ə göndərilən şikayətin mənə heç bir aidliyi yoxdur, bu qeyri-prosessual özbaşınalıqdır və arxasında VKRH-nın vəzifəli şəxsləri, intizam komissiyasının üzvü Əlirza Həbilov, aparat rəhbəri Orxan Babayev, Bakı İnzibati Məhkəməsi dayanır. Bakı Apellyasiya Məhkəməsinin isə vəkildən imtinada, hətta kassasiya hüququma qadağasında “ŞƏRAFƏTLİ hökmləri” sürür. Necə olur, BİM təkcə son 8 ayda vəkillə təminatım barədə ərizəmə heç baxmır, BAM uzun şikayətlərdən sonra rədd edir, indi isə ehtiyacım və ərizəm olmadığı halda vəkil ayrılır və zorakılıqla apellyasiya instansiyasına göndərilir? MHŞ buna cavab verə biləcək? Prokurorluq MHŞ-nı cavab verməyə çağırır. Bəs özü?

Bakı AM-in İK-sı (Elvin Əliyev, Aytən Oruczadə, Günel Abbasova) kassasiya şikayəti verməyə də vəkildən imtina edir, apellyasiyada da. BİM-ə (h. Günel Sevdimalıyeva) dövlət hesabına vəkillə təminatıma ərizə(ləri)mə bəs nə vaxt baxılacaq? Məhkəmə qərarının icrası ilə bağlı işlərdə vəkilə ehtiyacım var, peşəkar vəkilə. “Paykovoy” vəkil hakimlərə, ittihama, istintaqa vəkillik edir.

Məğrur Bədəlsoy,

Naxçıvan-Bakı, 29.08.25

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Avqust 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see233

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see227

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see223

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see222

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see186

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see168

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see161

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see160

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see153

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see151

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see140

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri