Icma.az
close
up
RU
Vəkillər Kollegiyasında müşavirə keçirildi Foto

Vəkillər Kollegiyasında müşavirə keçirildi Foto

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Noyabr ayının 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövlət hesabına hüquqi yardım” mövzusunda “Zoom” platforması vasitəsilə növbəti Ümumrespublika Müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə ARVK rəhbərliyi və ötən müşavirədə iştirak etməyən 100-ə yaxın vəkil iştirak edib.

Müşavirədə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqin nəticələrinin təhlili, bu sahədə mövcud olan problemlər səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayıb, Müşavirənin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sədr diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Azərbaycan vəkilliyinə göstərdiyi diqqət və böyük etimadın nəticəsi olaraq 03 aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi Vəkillər Kollegiyasına həvalə edilib. Bu sahədə Kollegiya öz üzərinə götürdüyü öhdəlikləri tam icra edir. Bununla əlaqədar olaraq ARVK Rəyasət Heyəti tərəfindən qısa müddətdə müvafiq işlər görülüb, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada təşkil edilib, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin olunub.

Sonra Anar Bağırov indiyədək dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iclas iştirakçılarına məlumat verib, bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin nəzərə çatdırıb.

Eyni zamanda sədr bütün Vəkil bürolarında icmal məktubunun müzakirə edilməsini, orada qeyd edilən məsələlərə baxılmasını və bu barədə büro rəhbərləri tərəfindən Kollegiyaya rəsmi qaydada məlumat verilməsini bildirib, habelə gələcəkdə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqlərin gücləndiriləcəyini vurğulayıb.

Daha sonra ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəz tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iştirakçıların diqqətinə çatdırıb.

Sonda məsələ ətrafında geniş müzakirələr aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər irəli sürülüb.

Bildirmək istərdik ki, daha əvvəl - noyabrın 5-də “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilmişdi. Bu isə cari ildə təşkil edilən sayca 2-ci Ümumrespublika Müşavirəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 29 Noyabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri