Icma.az
close
up
RU
Vəkillər Kollegiyasında ​Vəkil Günü qeyd edildi

Vəkillər Kollegiyasında ​Vəkil Günü qeyd edildi

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

28 dekabr 2024 106 share

Dekabrın 28-də “Badamdar” mehmanxanasında 28 dekabr Vəkil Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təntənəli tədbiri keçirilib.

Mərasimdə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) İdarə Heyəti sədrinin müavini, vəkil Natəvan Rüstəmova, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi polkovnik Elşad Nəsirov, Rəyasət Heyətinin üzvləri, ARVK-nın üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Respublikanın əməkdar hüquqşünası İkram Kərimov, vəkil qurumlarının rəhbərləri, vətəndaş cəmiyyəti institutunun nümayəndələri: - Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycan üzrə nümayəndəsi Şakir Səfərbəyov, Vətəndaşların Əmək Hüququnun Müdafiə Liqasının sədri Sahib Məmmədov, Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə və Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, vəkillər, habelə KİV nümayəndələri iştirak edib.

Tədbirdən əvvəl ARVK rəhbərliyi, onun orqanları, qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra tədbir dövlət himni və vəkil marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəyə uğraması nəticəsində həlak olan şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov qonaqları salamlayaraq bildirib ki, bu il Azərbaycan vəkilliyinin 105 illiyi, Kollegiyaya tam müstəqillik verən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulunun 25 illiyi və yeni Vəkillər Kollegiyasının təsis edilməsinin 20 illiyi qeyd olunur.

Ölkəmizdə vəkilliyin tarixindən, inkişafından, getdikcə daha da yüksələn nüfuzundan, son 7 il ərzindəki fəaliyyətindən və görülən işlərdən danışan sədr əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da böyüdüyünü, gücləndiyini, o cümlədən vətəndaşların hüquqi yardıma çatımlılığının tam təmin edildiyini söyləyib.

Anar Bağırov Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun imzalandığını xatırladaraq Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini deyib.

Sədr diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin 2018-ci ilin fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ölkəmizdə vəkillik fəaliyyətinin inkişafına mühüm təkan verib. Ölkə başçısının 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycanda Vəkil Günü peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Prezidentin müvafiq Fərman və Sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub.

Bu il Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri ilə birgə əməkdaşlıq çərçivəsində məhkumlara, yerli icra hakimiyyətləri ilə birgə əməkdaşlıq çərçivəsində ucqar rayonlarda yaşayan, habelə dövlət orqanları və təşkilatlarından daxil olmuş və birbaşa edilmiş müraciətlər əsasında minlərlə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib. Eyni zamanda il ərzində mütamadai olaraq bayram günlərində və digər əhəmiyyətli günlərdə vəkil qurumları tərəfindən pulsuz hüquqi yardımla əlaqədar açıq qapı günləri keçirilib.

Son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini vurğulayan Anar Bağırov bu sahədə müəyyən layihələrə imza atıldığını, habelə Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən bir çox vəkillərin istifadə edərək 14 minə yaxın elektron müqavilə bağlanıldığını deyib.

Kollegiyanın gənclərə daim dəstək göstərdiyini bildirən sədr Hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını, hüquqşünas tələbələrin Rəyasət Heyətinin dəstəyi ilə keçirilən daxili və xarici yarışlara qatıldıqlarını, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğu vurğulayıb.

Sonra ARVK-nın 2024-cü il üzrə hesabat videosu, Kollegiya ilə Hüquq və HİHİ-nın birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının videoçarxı nümayiş etdirilib.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, vəkil Natəvan Rüstəmova isə çıxışında son illər HİHİ ilə Kollegiya arasında uğurlu əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdən danışıb. O, yüksək bilik və bacarıqlara malik olan gənclərin yetişdirilməsində bu cür yarışların rolunun əhəmiyyətini qeyd edib, son dövrlər ölkəmizdə vəkillik peşəsinə marağın artdığını bildirib.

Mərasimdə II Hüquq Olimpiadasının qalibi olmuş Daxili İşlər Nazirliyinin Polis Akademiyası, II yerin sahibi Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası və III yerə çıxan Dövlət İdarəçilik Akademiyasının komandaları təltif ediliblər.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov çıxış edərək vəkilliyin inkişaf tarixindən söz açıb, Kollegiyada bir çox mühüm işlərin görüldüyünü söyləyib.

O, akademiyada hüquqşünas ixtisası üzrə təhsil alan kursantlar arasında vəkil peşəsinə böyük maraq göstərənlərə rast gəlindiyini söyləyib. Vəkillər Kollegiyası ilə polis orqanları arasında səmərəli münasibətlərin mövcudluğundan danışan Canpolad Daanov Polis Akademiyasında ARVK üzvləri tərəfindən də müxtəlif fənlərin tədris edildiyini xatırladıb. Rəis vəkillərin gələcək fəaliyyətində uğurlar arzulayıb və əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi polkovnik Elşad Nəsirov çıxışında tədbirin əhəmiyyətini vurğulayıb, vəkilləri peşə bayramları münasibətilə təbrik edib, son iki ildə Kollegiya tərəfindən tələbələr arasında keçirilən hüquq yarışmasının vacibliyini dilə gətirib. Bildirib ki, vəkillərin peşəkarlıq səviyyəsinin yüksəlməsi, eyni zamanda məhkəmə hakimiyyəti orqanlarının, hüquq-mühafizə və prokurorluq orqanlarının da peşəkarlıq səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Hazırda vəkillik institutu öz inkişaf dövrünü yaşayır.

ARVK-nın üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Respublikanın əməkdar hüquqşünası İkram Kərimov, Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev çıxışında vəkilləri Vəkil Günü münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Həmçinin tədbirdə III “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadəyə "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə təcrübə proqramını müvəffəqiyyətlə başa vurduğuna görə diplom, xasiyyətnamə və ARVK-nın Rəyasət Heyətinin qərarına əsasən, qiymətli hədiyyə təqdim edilib.

Eyni zamanda 2024-cü il ərzində pulsuz hüquqi yardım aksiyalarında fəal iştirakına görə Şəki Regional Vəkil Bürosu, il ərzində müqavilələrin elektron bağlanılmasında fəallığına görə birinci yerlə layiq görülmüş Bakı şəhər 20 saylı Vəkil Bürosu, ikinci yerə layiq görülmüş Bakı şəhər 11 saylı Vəkil Bürosu və üçüncü yerə layiq görülmüş Gəncə şəhər 1 saylı Vəkil Bürosu “İlin vəkil qurumu” mükafatı ilə təltif edilib. İl ərzində cinayət işləri üzrə ən çox bəraət əldə edən Lənkəran rayon Vəkil Bürosunun vəkili İbarət Həsənov “İlin vəkili”, il ərzində Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Elektron vəkil komitəsi "İlin vəkil komitəsi", il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “HGNS” Vəkil Bürosunun müdiri, Elektron vəkil komitəsinin sədri Nihad Əliyev “İlin təlimçi vəkili” elan olunub.

Bundan başqa, fəaliyyətləri dövrlərində fərqlənən və habelə yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif edilib.

Tədbirdə ARVK-nın elektron xidmətlərinin tərkib hissələrindən biri olan “E-vekil” mobil tətbiqinin izahlı təqdimatı olub, onun əhəmiyyəti, istifadə qaydaları barədə məlumat verilib.

Yekunda qonaqların sualları cavablandırılıb, mobil tətbiqin istifadə vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 28 Dekabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri