Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qırğızıstanda rəsmi səfərdə olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qırğızıstanda rəsmi səfərdə olub

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qırğızıstanda rəsmi səfərdə olub.

Bu barədə "Ölkə.az"a Vəkillər Kollegiyasının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 28 fevral - 2 mart tarixlərində Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) nümayəndə heyəti - ARVK-nın sədr müavini Aydın Axundov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Qırğız Respublikası Vəkillər Kollegiyasının dəvəti ilə Qırğız Respublikası vəkilliyinin 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olub.

Qırğız Respublikası Filarmoniyasında təntənəli mərasim keçirilib. Açılış nitqi ilə çıxış edən Qırğız Respublikası Vəkillər Kollegiyasının sədri Meyil Begilerova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən, habelə Qırğız Respublikası vəkilliyində son illərdə atılan perspektivli addımlardan və görülən işlərdən danışıb. 

Sonra tədbirdə rəsmi şəxslər çıxış edərək Qırğız Respublikası vəkilliyinin 100 illiyi münasibəti ilə hər kəsi təbrik ediblər, vəkillərin gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Həmçinin tədbirdə "Qırğız Respublikasının Vəkilliyinin tarixi" adlı sənədli film nümayiş etdirilib.

Tədbirlər çərçivəsində "Ala-Arça" dövlət iqamətgahında qonaqlara ziyafət təşkil olunub. Ziyafət zamanı çıxış edən ARVK-nın sədr müavini Aydın Axundov Qırğız Respublikası vəkillərini salamlayıb, xoş arzularını çatdırıb və dəvət üçün təşəkkürünü bildirib. O, iki qardaş ölkənin vəkil qurumları arasındakı münasibətlərin əhəmiyyətini vurğulayaraq, vəkillik peşəsinin cəmiyyətdəki rolu və aliliyini qeyd edib.

ARVK Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev də çıxışında qonaqları salamlayıb, vəkillərin peşəkarlıq standartlarının artması və beynəlxalq təcrübənin bölüşülməsi məqsədilə bu tipli tədbirlərin vacibliyini vurğulayıb.

Nəzərə çatdırılıb ki, Qırğız Respublikası vəkilliyinin 100 illiyinə həsr olunmuş jurnal çap edilib. Jurnalda ARVK-nın sədri Anar Bağırovun da təbrik məktubu yer alıb. Məktubda vəkillik peşəsinin ədalətli cəmiyyət, qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunmasında oynadığı mühüm rol vurğulanıb.

Sədr məktubunda qeyd edib ki, iki türk dövləti olan Azərbaycan və Qırğız Respublikasını dərin dostluq və tarixi qardaşlıq əlaqələri bağlayır. Bu da müxtəlif sahələrdə, o cümlədən hüquq cəmiyyətində sıx əməkdaşlığımızda öz əksini tapır. Xüsusilə, Kollegiyalarımız arasında bağlanmış qarşılıqlı anlaşma haqqında Memorandum  bizim üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, Memoranduma əsasən, iki qardaş ölkənin vəkil qurumları arasında sıx əməkdaşlığın əsası qoyulmuşdu.

Həmçinin Anar Bağırov qeyd edib ki, Qırğız Respublikasının Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri arasında imzalanmış niyyət bəyannaməsi və onun icrasındakı rolu danılmazdır. Əminəm ki, bu əməkdaşlıq çərçivəsində gələcəkdə ortaq səylərimizin töhfəsini görəcəyik, peşəkar, eləcə də şəxsi əlaqələrimiz daha da  möhkəmlənəcək.

Tədbirin sonunda mükafatlar və hədiyyələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Mart 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri