Icma.az
close
up
RU
Vəkillər Kollegiyasının sədri DİA da tələbələrlə görüş keçirib

Vəkillər Kollegiyasının sədri DİA da tələbələrlə görüş keçirib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının Hüquq klubunun təşəbbüsü ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun “Vəkillik institutunun rolu və tələbələr üçün imkanlar” mövzusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavrlarla görüşü keçirilib.

Kollegiyadan XQ-ə verilən məluamta görə, tədbiri giriş sözü ilə açan DİA-nın rektorunun müşaviri Zaur Məmmədov Vəkillər Kollegiyasının sədri Anar Bağırovu salamlayaraq tədbirin əhəmiyyətini vurğuladı, bu kimi tədbirlərin tələbələrdə  peşəkar dünyagörüşünün formalaşması və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. O həmçinin bildirdi ki, Respublikada yüksək nəticə göstərən hüquqşünas tələbələrin məhz Dövlət İdarəçilik Akademiyasını seçməsi Akademiyada hüquq təhsilinin keyfiyyətinin və peşəkar kadr hazırlığı ənənələrinin göstəricisidir.

DİA-nın “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının müdiri Mehdi Abdullayev vəkillik institutunun hüquqi dövlətin inkişafında əhəmiyyətli yer tutduğunu bildirib, vəkil peşəsinin insan hüquq və azadlıqlarının müdafiəsində mühüm missiya daşıdığını qeyd edib. O, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki hüquqi bacarıqlar əldə etməsinin vacibliyini xüsusi vurğulayıb, hüquq sahəsində peşəkar və milli dəyərlərə sadiq kadrların hazırlanmasının DİA-nın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.

Tədbirin qonağı, Kollegiyanın sədri Anar Bağırov geniş nitqlə çıxış edərək ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində aparılan müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Anar Bağırov çıxışında vəkil peşəsinin cəmiyyət üçün əhəmiyyətindən, hüquqi maarifləndirmənin artırılması istiqamətində görülən işlərdən və gənc hüquqşünasların peşəkar inkişafı üçün həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, VK tərəfindən tələbələrin təcrübə proqramlarına cəlb olunması, hüquqi təlimlərin təşkili və peşəkar fəaliyyətə hazırlıq istiqamətində mühüm addımlar atılır.

İnteraktiv formatda keçirilən görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, hüquq təhsili, vəkilliyə qəbul prosedurları, etik prinsiplər və gələcək karyera imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Səmimi və interaktiv formada keçən tədbirdə tələbələr belə görüşlərin onların nəzəri biliklərinin zənginləşdirilməsi və praktiki hüquqi bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını ifadə ediblər.  

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri