Vəkillər məhkumlara hüquqi yardım göstəriblər
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 mart, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs olunmuş şəxslər üçün həyata keçirilən pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.
Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti dəfə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri Bakı istintaq təcridxanasında və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri isə 3 saylı istintaq təcridxanasında ümumilikdə 35 nəfərə yaxın məhkum və həbs edilmiş şəxsin müraciətini dinləyib, onlara müxtəlif hüquqi məsələlər ətrafında izahat verib və suallarını cavablandırıblar.
Baxış sayı:100
Bu xəbər 17 Mart 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















