Vəkillər məhkumlara hüquqi yardım göstəriblər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 21 iyun, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 20-də Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində və Müalicə Müəssisəsində saxlanılan şəxslərə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən hüquqi yardım göstərilib.
Ümumilikdə 50-yə yaxın məhkuma müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 21 İyun 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















