Icma.az
close
up
RU
“Velayətinin açıqlaması daha çox Ermənistan üçün verilmiş mesajdır” ŞƏRH

“Velayətinin açıqlaması daha çox Ermənistan üçün verilmiş mesajdır” ŞƏRH

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Velayəti bildirib ki, Qafqaz üçün nəzərdə tutulan “Tramp proqramı” mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsi ilə eynidir.

Vilayəti bu barədə Tehranda Ermənistanın səfiri Qriqor Hakobyan ilə görüş zamanı bildirib.

O qeyd edib ki, Tehran buna qəti şəkildə qarşıdır.

Vilayəti xatırladıb ki, İran əvvəldən Zəngəzur dəhlizinə qarşı olub, çünki Tehran regiondakı sərhədlərin istənilən dəyişdirilməsini rədd edir və öz ətraf təhlükəsizlik mühitinə təhdid yarada biləcək risklərdən ehtiyatlanır.

Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzuya belə reaksiya verib:

“Qənaətimə görə, burada iki əsas məqam var. Birinci məqam budur ki, vilayəti nəzərə almaq lazımdır: bu açıqlama Ermənistan səfirliyində onun tərəfindən verilmişdir və mesaj əsasən Ermənistan tərəfinə ünvanlanıb. Digər amil isə İran daxilindəki ziddiyyətlərlə bağlıdır. Bəlli olduğu kimi, istər İran Prezidenti Pezeşkian, istərsə də İranın Xarici İşləri Naziri Abbas Araqçı son açıqlamalarında Zəngəzur dəhlizi ilə bağlı negativ fikir səsləndirməyib. Bakıda olduqları zaman da İran Xarici İşləri Nazirinin sərt retorikasına rast gəlmədik.

Bu isə onu göstərir ki, dini lider daxildə baş verən proseslərə vilayətinin dili ilə aydınlıq gətirməyə çalışıb və bu mesaj Ermənistan tərəfindən çatdırılıb. Burada indiki məqamda sinxronluq müşahidə olunur. Əslində, çoxsaylı komponentlər və prosesi bir-birinə bağlayan məqamlar tapmaq mümkündür.

Buna əlavə olaraq, Ermənistanla Avropa İttifaqı arasında imzalanan sənəddə də nəticə etibarilə sülh kəsişməsindən danışılır və orada Tramp marşrutunun adı çəkilmir. Prosesin indiki mərhələdə fəal müstəviyə qədəm qoymasında müxtəlif aspektlər rol oynaya bilər”.

Deputatın fikrincə, hazırda Tramp marşrutunun idarə olunması ilə bağlı proses aktiv mərhələyə qədəm qoyub və bu marşruta marağı olan tərəflər real layihədən paylarını götürmək üçün aktiv şəkildə hərəkətə keçiblər.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri