Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zəngəzur dəhlizi Ermənistan üçün daha çox imkanlar yaradacaq

Zəngəzur dəhlizi Ermənistan üçün daha çox imkanlar yaradacaq

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya və Qazaxıstandan Ermənistana buğda daşımalarının Azərbaycan ərazisindən keçməklə həyata keçirilməsi regionda yeni iqtisadi əməkdaşlıq nümunəsi kimi diqqət çəkir. Bu proses Azərbaycanın humanitar və iqtisadi jesti olmaqla yanaşı, həmçinin regional kommunikasiyaların bərpasının əhəmiyyətini bir daha gündəmə gətirib. Xüsusilə Zəngəzur dəhlizinin açılması bu kontekstdə mühüm strateji məna kəsb edir. Çünki dəhliz fəaliyyətə başladığı təqdirdə, bu kimi yüklərin Ermənistana daha qısa zamanda və daha səmərəli şəkildə daşınması mümkün olacaq. Lakin hələ də dəhlizin açılmaması və prosesin uzanması ilk növbədə birbaşa Ermənistanın mövqeyi ilə bağlıdır.

Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, Qazaxıstana dövlət səfəri zamanı Prezident İlham Əliyev ölkəmizin Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırdığını bəyan edib.

“Bəyanatın ardınca Rusiya buğdasının ilk partiyasının Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılması, eyni zamanda Azərbaycan ərazisindən keçməklə Qazaxıstan buğdasının bu gün 15 yük vaqonundan ibarət qatarla Bakı-Biləcəri stansiyasından yola salınması Bakının bu istiqamətdə həllyönümlü mövqeyinin və regionda əməkdaşlıq mühitində maraqlı olmasının bariz göstəricisidir”.

Deputat vurğulayıb ki, Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsinin ardınca ölkəmizin hərbi ritorikaya üstünlük verməməsi və regionda sülh təşəbbüslərinin məhz Azərbaycandan qaynaqlanması fonunda ölkəmiz tranzit məhdudiyyətlərini götürməklə bir daha sübut etdi ki, uzun bir dövr ərzində münaqişə ocağına çevrilmiş Cənubi Qafqazı əməkdaşlıq mühitinə transformasiya etməkdə maraqlıdır. Onun sözlərinə görə, bu addım, eyni zamanda xalqlararası sülhün bərqərar olunması qarşısında əsas əngəllərdən biri kimi çıxış edən etimadsızlıq mühitinin aradan qaldırılması istiqamətində mühüm gediş sayıla bilər.

Milli Məclisin Beynəxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli isə qeyd edib ki, Rusiya buğdasının ilk partiyasının dəmir yolu vasitəsilə Azərbaycanın ərazisindən Ermənistana çatdırılması, eyni zamanda Qazaxıstandan gələn taxıl yüklərinin də bu marşrutla daşınmasının nəzərdə tutulması regionda yeni iqtisadi və nəqliyyat reallığının formalaşdığını göstərir. Onun fikrincə, bu hadisə təkcə texniki-logistik hadisə deyil, həm də Cənubi Qafqazda Azərbaycanın iradəsi ilə yaranmış yeni siyasi düzənin bariz göstəricisidir.

“Azərbaycan 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda bütün kommunikasiya və nəqliyyat xətlərinin bərpası ideyasını irəli sürüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi konsepsiyası təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan, Türkiyə, Orta Asiya və bütövlükdə Avrasiya məkanı üçün yeni iqtisadi nəfəs yolu deməkdir.

Bu gün Azərbaycan regional kommunikasiyaların təhlükəsizliyini və fasiləsizliyini təmin etməklə bölgədə etibarlı tranzit ölkə statusunu bir daha təsdiqləyir. Ermənistanla münasibətlərdə İrəvanın bütün təxribatlarina və destruktiv davranışlarına baxmayaraq, Bakı praktik humanitar və iqtisadi addımlar atmaqla regional əməkdaşlığa yönəlik siyasi iradəsini nümayiş etdirir”.

A.Kərimli nəzərə çatdırıb ki, əslində, buğda və taxıl daşınmaları nümunəsi bir daha göstərir ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Ermənistan üçün daha çox imkanlar yarada bilər.

“Bu dəhliz işə düşərsə, İrəvanın həm Rusiya, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələri sürətlənəcək, Ermənistanın uzun illərdir ki, təcavüzkar siyasətinə görə iqtisadi blokadada qalması problemi real şəkildə aradan qalxacaq.

Ermənistanın regionda izolasiya vəziyyətindən çıxması, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması, tranzit gəlirlərinin artması kimi faktorlar Zəngəzur dəhlizini bu ölkə üçün strateji imkan halına gətirəcək.

Bu gün Ermənistan ərazisinə Rusiya və Qazaxıstandan buğdanın daşınması Azərbaycanın regional nəqliyyat sisteminin real alternativsizliyini sübut edir. Əgər Zəngəzur dəhlizi fəaliyyətə başlasa, bu marşrut daha qısa, daha ucuz və daha təhlükəsiz olacaq.

Azərbaycan prosesin gecikməsindən iqtisadi baxımdan ciddi zərər görmür. Əksinə, hazırkı vəziyyət Bakıya regionun bütün nəqliyyat və enerji kommunikasiyalarında nəzarət mərkəzi rolunu möhkəmləndirməyə imkan verir”.

O, həmçinin vurğulayıb ki, Azərbaycan bu mövqeyini həm Şimal–Cənub və Şərq–Qərb nəqliyyat xətləri arasında körpü rolunda, həm də Orta Dəhliz layihəsinin əsas iştirakçısı kimi daha da gücləndirir:

Bununla yanaşı qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması regionun iqtisadi inteqrasiyasının təbii nəticəsidir. Ermənistanın bu prosesi süni şəkildə ləngitməsi onun özünün inkişaf imkanlarını daha da məhdudlaşdıra bilər.

Azərbaycan isə həm logistik mərkəz, həm də regional sabitlik təminatçısı kimi məsuliyyətli və uzaqgörən siyasət yürütməkdə davam edir”.

Deputat eyni zamanda onu da əlavə edib ki, buğdanın və digər yüklərin Azərbaycan üzərindən Ermənistana daşınması təkcə humanitar jest deyil, habelə, Bakı tərəfindən regionda qarşılıqlı etimadın bərpasına yönəlmiş mühüm strateji addımdır:

“Regionda kommunikasiyaların açılması məsələsi, o cümlədən Zəngəzur dəhlizinin perspektivi, Vaşinqtonda imzalanmış sənədlərdə də öz əksini tapıb. ABŞ tərəfi bu prosesin sülhə və iqtisadi inteqrasiyaya töhfə verəcəyini bəyan edib. Lakin Azərbaycan üçün əsas prinsip dəyişməz qalır: Cənubi Qafqazda dayanıqlı əməkdaşlıq yalnız regional dövlətlərin birbaşa razılığı və qarşılıqlı hörmət prinsipi əsasında mümkündür.

Azərbaycan hesab edir ki, regionun gələcəyi barədə qərarların qəbulu üçün vasitəçilərə ehtiyac yoxdur. Bakı həm Ermənistanla, həm də digər qonşularla münasibətlərin tənzimlənməsini birbaşa dialoq və qarşılıqlı məsuliyyət üzərində qurmağın tərəfdarıdır.

Zəngəzur dəhlizi də məhz bu fəlsəfənin tərkib hissəsidir”,- deyə A.Kərimli fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri