Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Velosiped və skuter sürənlər qaydalara nə qədər əməl edir? REPORTAJ

Velosiped və skuter sürənlər qaydalara nə qədər əməl edir? REPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 may, Aytac Haqverdiyeva, AZƏRTAC

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ və ekoloji nəqliyyat vasitələrinin istifadəsinə maraq artıb. Bakı şəhərində isə bu tendensiya artıq ciddi hiss olunacaq həddədir. Velosipedlər, skuterlər və digər kiçik elektrikli nəqliyyat vasitələri, nəinki gündəlik nəqliyyat probleminin alternativ həlli, eyni zamanda, sağlam həyat tərzinin tərkib hissəsi kimi qəbul olunur. Lakin artan bu maraqla yanaşı, qayda pozuntuları və təhlükəsizlik problemləri də gündəmdədir. AZƏRTAC əməkdaşlarının mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik.

Yol polisi: Təhlükəsizlik məsələsinə biganə yanaşmaq olmaz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli AZƏRTAC-a açıqlamasında velosiped və kiçik elektrikli nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı bir sıra vacib məqamlara toxunub. Onun sözlərinə görə, DYPİ tərəfindən bu sahədə profilaktik və maarifləndirici tədbirlər mütəmadi olaraq həyata keçirilir: “Velosiped yolları çəkildikdən sonra onların istifadəçilərinin sayında artım müşahidə olunub. Bu, sevindiricidir. Lakin, eyni zamanda, bəzi istifadəçilərin yol hərəkəti qaydalarına əməl etməməsi ciddi təhlükə yaradır. Onların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin statistik göstəricisini minimuma endirmək istiqamətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Bu tip nəqliyyat vasitəçiləri digər sürücülər kimi işıqfor, nizamlayıcı yol nişanları və yolun hərəkət hissələrinin tələblərinə düzgün şəkildə əməl etməlidir”.

Toğrul Nəsirli bildirib ki, velosiped və skuter sürücüləri bəzən nəinki digər nəqliyyat vasitələrinin hərəkətinə, hətta piyadaların təhlükəsizliyinə də təhlükə yaradır: “Bəzi sürücülər, velosiped zolağı olduğu halda belə, digər zolaqlarla hərəkət edir, bəzən səkilərdə piyadaların yoluna çıxırlar. Bu isə ciddi qayda pozuntusudur. Velosiped və kiçik elektrik nəqliyyat vasitələri üçün hər hansı sürət məhdudiyyəti yoxdur. Ancaq onlar sürəti qarşılarına anidən mane çıxan təqdirdə vasitəni təhlükəsiz şəkildə dayana biləcək səviyyədə saxlamaldırlar”.

Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə uyğun müəyyən olunan qayda pozuntusu hallarında İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilir. Həmçinin dəbilqə və işıqqaytarıcı jiletlərin istifadəsi ciddi şəkildə tövsiyə olunur. Baxmayaraq ki, bu elementlərin istifadəsi hazırda məcburi deyil: “Velosiped və kiçik elektrikli nəqliyyat vasitələrinin idarəetmə hüququ 14 yaşdan başlayır. Dəbilqə və işıqqaytarıcı jiletlərin istifadəsi ilə bağlı isə qanunvericilikdə hər hansı inzibati məsuliyyət nəzərdə tutulmayıb. Bizim əsas məqsədimiz inzibati məsuliyyətə cəlb etmək deyil, onların iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin sayını minimuma endirməkdir.

Mövcud qanunvericiliyin tələblərinə əsasən velosiped zolaqları olmayan yollarda bu tip nəqliyyat vasitələri yolun, küçənin kənarı ilə hərəkət etməlidir. Səkidə isə nəqliyyat vasitələrinin hərəkəti, ümumiyyətlə yolverilməzdir. Səki yalnız piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Bununla yanaşı, bəzən velosiped zolaqlarında digər nəqliyyat vasitələrini də saxlayırlar. Bu isə velosiped və kiçik elektrik nəqliyyat vasitəsinin hərəkətinə maneə törədir. Yəni bir velosiped sürücüsü onun təhlükəsizliyi üçün ayrılan zolaqla hərəkət edir, ancaq qarşısında maneə olduğu təqdirdə hərəkətini davam etdirməkdən ötrü digər zolağa keçmək məcburiyyətində qalır. Bu isə velosipedçinin, eləcə də kiçik elektrik nəqliyyat vasitəçisinin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisəsinə real zəmin yaradır”.

Ekspertlər nə deyir?

Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə məsələyə geniş kontekstdən yanaşaraq bildirib ki, mövcud qanunvericilikdəki təkmilləşmələrə baxmayaraq, bu kimi hallarda nəzarət və tənzimləmə mexanizmləri daha ciddi olmalıdır: “Artıq bu nəqliyyat vasitələrinin hüquqi statusu müəyyənləşdirilib. Onların istifadə qaydaları, hüquq və vəzifələri qanunvericilikdə öz əksini tapıb. Ancaq nəzarət və icra hissəsinə xüsusi diqqət ayrılmalıdır”.

Ekspert xüsusilə velosiped zolaqlarının davamlılığı və təhlükəsizliyi məsələsinə toxunub: “Hazırda şəhərin bəzi yerlərində bu zolaqlar süni maneələrlə qorunur, bu müsbət haldır. Lakin bəzi ərazilərdə – məsələn, parklarda və ya sıx küçələrdə – zolaqların daha düzgün planlaşdırılması mümkündür. Düşünürəm ki, bu, effektivliyi daha da artırar”.

E.Muradlı əlavə edib ki, kiçik nəqliyyat vasitələrinin sürücüləri qaydalara əməl etmədikdə bu, digər sürücülərdə də haqlı narazılıq yaradır və ümumi yol mədəniyyətinə zərbə vurur: “Tıxacların qarşısını almaq baxımından bu nəqliyyat vasitələri faydalıdır. Amma onlar da işıqfora, yol nişanlarına, zolaqlara əməl etməlidirlər”.

İstifadəçilərin mövqeyi: Azadlıq və məsuliyyət bir arada

Bakı küçələrində hərəkət edən skuter və velosiped istifadəçiləri də bu vəziyyətə fərqli prizmadan baxırlar. Onlar rahatlıq və zaman qazanmaqdan məmnundurlar.

Təbriz İbrahimxəlilli deyir ki, gündəlik olaraq skuterdən istifadə edir. Onun üçün bu, həm çevik hərəkət, həm də tıxacdan yayınmaq üsuludur: “Ancaq düşünürəm ki, motosürücülərin velosiped zolağında hərəkəti düzgün deyil. Onlar daha ağır və sürətlidir, yəni velosipedçilərlə eyni zolaqda təhlükəsizlik baxımından uyğun deyillər”.

O, dəbilqə istifadəsinin vacibliyini qəbul etsə də, etiraf edir ki, hələ də hər zaman buna əməl etmir.

Velosipedçi Məmməd Həsənli isə velosiped yollarının genişləndirilməsini yüksək qiymətləndirir: “Mən artıq avtomobildən daha az istifadə edirəm. Velosiped həm tıxac problemindən azad edir, həm də sağlamlığa faydalıdır. Amma bəzi yerlərdə yolların olmaması velosipedçiləri çətin vəziyyətdə qoyur”.

M.Həsənli də dəbilqə və digər təhlükəsizlik avadanlıqlarından istifadə etməyin vacibliyini vurğulayıb və əlavə edib: “Velosiped yollarının olmaması bizi bəzən piyadaların istifadə etdiyi səkilərə və ya piyada keçidlərinə çıxmağa məcbur edir. Bu isə riskli hallara yol açır”.

Qaydalara hər kəs əməl etməlidir

Mövcud qanunvericiliyə əsasən, 14 yaşdan yuxarı şəxslər velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edə bilərlər. Lakin bu, hüquqla yanaşı, ciddi vəzifələr də yaradır: Onlar digər yol hərəkəti iştirakçıları kimi yol nişanlarına, işıqforlara, yolun hərəkət hissələrinə riayət etməlidirlər.

Velosiped və skuter kimi nəqliyyat vasitələri gələcəyin şəhər nəqliyyatının əsas komponentlərindən biridir. Bu vasitələr tıxacları azaldır, ekologiyanı qoruyur və fərdi azadlıqlar verir. Lakin bu azadlıq məsuliyyətlə müşayiət olunmalıdır.

Qaydaların icrası, maarifləndirmə, davamlı nəzarət və infrastrukturun təkmilləşdirilməsi ilə birlikdə bu sahədə intizam daha da inkişaf edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:394
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri