Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Yeni dərman zavodu açıldı

Yeni dərman zavodu açıldı

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışı olub. Prezident İlham Əliyev açılışıda iştirak edib.

Zavod beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.

Abşeronda yeni dərman istehsalı müəssisəsinin açılışı və Prezident İlham Əliyevin iştirakı ölkədə əczaçılıq sənayesinin prioritet olduğunu nümayiş etdirir.

Hökumət illərdir yüksək idxal asılılığını azaltmağı və yerli istehsalı genişləndirməyi hədəfləyir. Mövcud göstəricilər, hazırkı investisiya axını və yeni müəssisələr dərman sənayesinin yaxın illərdə regionda diqqətçəkən oyunçuya çevrilə biləcəyini göstərir.

Bu gün milli dərman bazarı bir sıra çağırışları aktual edib.

Rəsmi statistikaya əsasən 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə 11,3 milyon manatlıq dərman istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 34,1% artım deməkdir. 2025-ci ilin ilk rübündə istehsal həcmi 3,396 milyon manat təşkil edib.

Son 5 ildə Azərbaycanda dərman istehsalının həcmi 4 dəfəyə yaxın artıb.

Buna baxmayaraq Azərbaycan bazarının təxminən 90%-i hələ də idxal dərmanlarının payına düşür. Yerli istehsal bazarın yalnız 3–5%-ni təmin edir.  Bu balans dövlət üçün iqtisadi və səhiyyə təhlükəsizliyi baxımından riskli vəziyyət yaradır. Pandemiya dövründə dərman çatışmazlığı və yüksək qiymətlər bu boşluğun nəticəsi idi.

Abşeronda açılan yeni müəssisə illik milyonlarla qutu dərman istehsal etməyə qadirdir. Bu fabrik tədricən idxal olunan sadə preparatları əvəzləyə bilər, gələcəkdə daha kompleks dərmanlara keçid üçün baza yaradır.

Zavodun işə düşməsi ilə Azərbaycanda fəaliyyət göstərən dərman istehsalçılarının sayı artır və ölkə ilk dəfə real sənaye klasteri formalaşdırmağa başlayır.

Hansı problemlər var?

Yerli sektor xammal asılılığı yaşayır. Yerli dərman istehsalı üçün lazım olan xammal və kimyəvi maddələrin bir hissəsi Azərbaycanda istehsal edilmir. Buna görə də xammalın idxalı lazımdır, bu da maliyyəti artırır.

Xaricdən gətirilən xammala tətbiq olunan gömrük rüsumları, vergi yükü istehsal xərclərini yüksək saxlayır. Mütəxəssislər vergi və gömrük güzəştlərinin tətbiq olunmasının vacibliyini vurğulayırlar.

Azərbaycanda kimya sənayesi var və elmi-tədqiqat institutları mövcuddur. Bu isə dərman istehsalı üçün baza rolunu oynaya bilər.

Gələcək perspektiv nə vəd edir?

Mövcud investisiya trendləri, dövlət siyasəti və dünya əczaçılıq sənayesinin inkişaf dinamikasını nəzərə alsaq o zaman bəzi proqnozları vermək olar.

2025–2030-cu illərdə ölkədə dərman istehsalının sürətli genişlənmə dövrü ola bilər. Hazırkı illik istehsal 15–20 milyon manat civarındadır. 2030-a qədər bunun 80–100 milyon manata yüksəlməsi gözlənilir. Yerli istehsalın bazarda payı 10–15%-ə çatacaq. Mövcud 90%-lik asılılıq 60–65%-ə enə bilər.

Azərbaycan 2030-dan etibarən Gürcüstan, Orta Asiya, Yaxın Şərqə kiçik həcmdə də olsa ixraca başlaya bilər.

Azərbaycanda kimya sənayesinin inkişafı sürətlənərsə xammal asılılığı azalacaq, bəzi aktiv maddələrin ölkədə istehsalına başlanacaq. Bu zaman məhsulların maya dəyəri 10–15% azalacaq, istehsalçılar daha rəqabətli olacaq.

Sənayeni gözləyən risklər sırasında xammal idxalından tam qurtula bilməməkdir. Çünki aktiv farmasevtik maddələrin (API) böyük hissəsi Hindistan, Çin, Türkiyə bazalarından gətirilir.

Bu ölkələrdə qiymət artımı və ya logistika problemi dərhal yerli istehsalın maya dəyərinə təsir edir.

Kadr çatışmazlığı da əsas məsələlərdəndir. Yüksək ixtisaslı farmakoloq, texnoloq və biokimyaçı çatışmazlığı hələ də dərman zavodlarının əsas problemlərindəndir. Obyektiv maneələr sırasında qeydiyyat məsələsi də var. Yeni dərmanların qeydiyyatı prosesi 6–18 ay çəkə bilir. Bu, istehsalçıların dövriyyə kapitalına zərbə vurur.

Daxili bazarın kiçik olması biznes maraqlarına təsir edə bilər. Azərbaycan bazarı özlüyündə böyük deyil, ona görə bəzi dərmanların istehsalı sərfəli olmaya bilər. İxrac olmadan sənaye uzunmüddətli rentabellik göstərə bilməz.

Yerli keyfiyyətə ictimai inamsızlıq bu sahənin uğur qazanmasında çətinlik yarada bilər. Bir sıra istehlakçı və həkimlər hələ də yerli dərmanlara etibar etmir. Bu isə satışları məhdudlaşdırır.

Azərbaycanın strateji üstünlükləri nədədir?

Bütün risklərə baxmayaraq, Azərbaycan bir neçə vacib üstünlük qazanmaqdadır. Bu sahənin dövlər səviyyəsində prioritet elan edilməsi investorlara güclü siqnaldır. Dövlət bu sahəyə uzunmüddətli dəstək verəcək.

Logistika üstünlüklərinə gəlincə, Azərbaycan Orta Dəhlizdə, Bakı-Tbilisi-Qars xəttinin, Bakı Beynəlxalq Dəniz Limanının üzərində dayanır. Bu, həm xammal idxalını, həm də hazır məhsul ixracını ucuzlaşdırır.

Dərman istehsalı yüksək əlavə dəyər yaradır, yüksək texnologiya tələb edir, ölkədə yeni kadr və elmi ekosistem formalaşdırır. Bu, hökumətin iqtisadi diversifikasiya strategiyasına tam uyğundur.

Bu sahənin uzunmüddətli və dayanıqlı uğuru üçün nə vacibdir?

Xammal bazasını inkişaf etdirmək – yerli xammal istehsalını təşviq etmək, idxal xərclərini azaltmaq;

Tədqiqat və təhsil – elmi laboratoriyaları gücləndirmək, GMP standartlarını tətbiq edən mütəxəssisləri yetişdirmək;

Qanunvericilik və tənzimləmə – dərman qeydiyyatı prosesini səmərəli etmək, keyfiyyətə nəzarəti gücləndirmək;

Maliyyələşdirmə mexanizmləri – investisiyaları cəlb etmək üçün vergi, gömrük güzəştləri, subsidiyalar;

Təchizat zəncirinin gücləndirilməsi – yerli istehsalın bazarlara çıxışı, logistik struktur, paylama şəbəkəsini qurmaq.

Azərbaycan dərman sənayesi hələ uzun yoldadır, amma əsas mərhələ – sənayeləşmə mərhələsi artıq başlayıb.

Bu proses təkcə iqtisadi deyil, həm də səhiyyə təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Yerli istehsalın güclənməsi həm qiymətləri sabitləşdirəcək, həm də fövqəladə hallarda dərman təminatını daha etibarlı edəcək.

Sunay AYDIN

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:550
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Noyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see705

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see673

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see671

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see513

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see478

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see464

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see410

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see361

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see354

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see353

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see345

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see342

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see336

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see333

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see330

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see325

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see324

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see316

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see303
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri